Məhkəmə qərarları › İş №2(071)-141/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-141/2023

21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-141/2023 21.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X26 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı 09 avqust 1982-ci il təvəllüdlü X3 28 avqust 2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X6 09 avqust 1982-ci il tarixdə anadan olmuş, 28 avqust 2004-cü ildə vəfat etmiş və Hacıqabul rayon el qəbrstanlığında dəfn edilmişdir. Lakin, qızının ölümündən uzun illər keçməsinə baxmayaraq “ölüm haqqında şəhadətnamə” ala bilməmişlər. Bununla bağlı qeydiyyat orqanına rəsmi müraciət etsələr də, qızının ölümünü təsdiqləyən tibbi arayış olmadığından ölüm faktının təsdiqlənməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qızının ölüm faktının təsdiqi ona mərhum qızının adının torpağa mülkiyyət hüququna dair Dövlət aktından çıxarılması üçün lazımdır. Göstərdiklərinə əsasən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, X6 onun bacısı olmuşdur. Güləbəstə müəyyən müddət xəstəlikdən əziyyət çəkdikdən sonra 28 avqust 2004cü il tarixdə vəfat etmiş və Hacıqabul rayonunda el qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, Ərizəçi onun bacısı, X6 onun bacısı qızıdır. X6 uzun müddət xəstəlikdən əziyyət çəkmiş, xəstəliyi səbəbindən vəfat etmişdir və həkim müayinəsində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, Ərizəçi ilə uzun müddətdir qonşuluqda yaşayır. X1 ondan 4-5 yaş kiçik olmuşdur. Mərhumun xəstəliyi barədə məlumatı olmuşdur, xəstəliyi səbəbindən də vəfat etmişdir. Həmin vaxt işlədiyi üçün dəfn mərasimində iştirak edə bilməsə də, onun yas mərasimlərində iştirak etmişdir. Yas mərasimi mərhumun valideynlərinin həyətində keçirilmişdir. İş materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il tarixdə, Əli-Bayramlı şəhərində doğulmuş Ərizəçi, Hacıqabul rayon Ağacanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan 09 avqust 1982-ci il tarixli, Vİİİ-ЖГ doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09 avqust 1982-ci il tarixdə anadan olmuşdur. Şəhadətnamənin ata adı qrafasında X5 adı qrafasında Ərizəçi göstərilmişdir. İş materiallarında olan Hacıqabul rayonu Ağacanlı kənd Tibb məntəqəsinin müdiri Güllü Qurbanova tərəfindən verilmiş arayışdan görünür ki, X6 28 avqust 2004-cü il tarixdə Hacıqabul rayon Ağacanlı kəndində vəfat etmiş və ölümlə əlaqədar kəndin tibb məntəqəsinə müraciət olunmamışdır. İş materiallarında olan Hacıqabul rayon Ələtli kənd nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 12 nömrəli arayışdan görünür ki, X6 28 avqust 2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəklindən görünür ki, 09 avqust 1982-ci il tarixdə doğulmuş X6 28 avqust 2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/330-70 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 09 avqust 1982-ci il tarixdə Hacıqabul rayon Ağacanlı kəndində anadan olmuş X3 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış. Lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan JN 0045 KOD 91004078 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Hacıqabul rayon Aqrar İslahat komissiyasının 26 fevral 1998ci il tarixli, 04 nömrəli qərarı ilə X9 və onun ailə üzvləri -Ərizəçi, X8 X10, X4 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4,24 ha torpaq sahəsi verilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 09 avqust 1982-ci il tarixdə doğulmuş X3 28 avqust 2004-cü il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 09 avqust 1982-ci il təvəllüdlü X6 ərizəçinin qızıdır. X6 28 avqust 2004-cü il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum qızının adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 09 avqust 1982-ci il təvəllüdlü X3 28 avqust 2004-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 avqust 1982-ci il təvəllüdlü X3 28 avqust 2004-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar