Məhkəmə qərarları › İş №2(071)-143/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-143/2023

21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-143/2023 21.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X29 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçinin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası - 1912-ci il təvəllüdlü X6 16 sentyabr 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X13 1912-ci il tarixdə anadan olmuş, 16 sentyabr 2000-ci il tarixdə vəfat etmiş və Kolanı kənd el qəbrstanlığında dəfn edilmişdir. Lakin, atasının ölümündən uzun illər keçməsinə baxmayaraq “ölüm haqqında şəhadətnamə” ala bilməmişlər. Bununla bağlı qeydiyyat orqanlarına rəsmi müraciət etsələr də, atasının ölümünü təsdiqləyən tibbi arayış olmadığından ölüm faktının təsdiqlənməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Atasının ölüm faktının təsdiqi ona mərhum atasının adının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən çıxarılması üçün lazımdır. Göstərdiklərinə əsasən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi X15 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərdi ki, onun Ərizəçi qohumluq əlaqəsi vardır. Ərizəçinin atası X13 2000-ci ildə vəfat etmişdir. O, X9 əmi demiş və onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, o, Ərizəçi qardaşı oğludur, X13 onun babasıdır. X20 16 sentyabr 2000-ci il tarixdə vəfat etmişdir. Babası rəhmətə gedən zaman onun 19 yaşı olmuşdur və babası böyrək çatışmamazlığından vəfat etmişdir. Babasının qəbri Kolanı kənd el qəbrstanlığında yerləşir. İş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə, Sabirabad rayon Talış kəndində doğulmuş Ərizəçi, Hacıqabul rayon Talış kəndində qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus doğum haqqında akt qeydinə dair arayışdan görünür ki, Ərizəçi atası X13, anası X10r. İş materiallarında olan Hacıqabul rayonu Kolanı kənd Tibb məntəqəsinin müdiri S.Xanışova tərəfindən verilmiş arayışdan görünür ki, X13 16 sentyabr 2000-ci il tarixdə vəfat etmişdir. Hazırda Kolanı kənd Tibb məntəqəsinin müdiri S.Xanışova həmin vaxt Kolanı kənd Tibb məntəqəsində işləmədiyindən mərhum Süleyman Məmmədovun ölüməsi barədə məlumatı yoxdur. İş materiallarında olan 1980-cı ilin sentyabr ayında X9 verilmiş ailə tərkibi haqqında arayışdan müəyyən edilir ki, X6 ailəsi arvadı 1928-ci il təvəllüdlü X1, oğlu 27 mart 1955-ci il təvəllüdlü X4, oğlu 01 avqust 1959-cu il təvəllüdlü X2, 2 may 1964-cü il təvəllüdlü X3, 15 oktyabr 1966-cı il təvəllüdlü X7 və 09 oktyabr 1968-ci il təvəllüdlü X5 ibarət olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 1912-ci il təvəllüdlü X13 ilə 1927-ci il təvəllüdlü X8 nikahı 11 may 1964-cü il tarixdə qeydə alınmışdır. İş materiallarından görünür ki, X9 25 mart 1979-cu il tarixdə Kolanı kəndində yaşaması və heç bir yerdə işləməməsi barədə 276003 saylı arayış verilmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, 1912-ci il tarixdə doğulmuş X13 16 sentyabr 2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 43 saylı, xx.xx.2022ci il tarixli məktubdan görünür ki, 16 sentyabr 2000-ci il tarixdə vəfat etmiş X6 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış. Lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1912-ci il təvəllüdlü X6 16 sentyabr 2000-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X13 ərizəçinin atasıdır. X13 16 sentyabr 2000-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X6 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum qızının adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 2012-ci il təvəllüdlü X6 16 sentyabr 2000-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1912-ci il təvəllüdlü X6 16 sentyabr 2000-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar