Məhkəmə qərarları › İş №2(071)-161/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-161/2022

14.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-161/2022 14.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 27.12.2021-ci ildə məhkəməyə müraciət edərək, oğlu - 26.07.1990-cı il təvəllüdlü X4 27.06.2004-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Hacıqabul rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, onun X7 ilə 1983cü ildə evlənmişdir. Onların birgə nikahından 29.09.1984-cü il təvəllüdlü Gülnar, 27.02.1986-cı il təvəllüdlü Vasif, 06.07.1990-cı il təvəllüdlü Tasif adlı üç uşağı doğulmuşdur. Övladı - 06.07.1990-cı il təvəllüdlü X8 27.06.2004-cü il tarixdə Kür çayında çimərkən suda boğulmuş və ölmüşdür. X4 cəsədi bir gün sonra tapılmış və onlara təhvil verilmişdir. O, oğlu X6 Hacıqabul şəhər qəbristanlığında dəfn etmişdir. Qəbir daşı düzəldirmişdir. Oğlunun ölümündən sonra böyük sarsıntı keçirdiyindən oğluna ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda mərhum oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Hacıqabul rayon Qeydiyyyat şöbəsinə müraciət etsə də, oğlunun ölümünü təsdiq edən sənədləri təqdim edə bilmədiyinə görə, məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Hazırda oğlunun ölüm haqqında şəhadətnaməsini başqa cür ala bilmədiyinə görə məhkəməyə müraciət etmişdir. X1 27.06.2004-cü il tarixdə Kür çayında çimərkən suda boğulub ölməsini və Hacıqabul şəhər qəbristanlığında dəfn edilməsini kənd sakinləri, qonşuları təsdiq edi bilərlər. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Hacıqabul rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi həmkəndlisi və qonşusudur. O, Hidayəti və ailəsini yaxından tanıyır, Hidayətin oğlu X8 27.06.2004-cü ildə 14 yaşında Kür çayında uşaqlarla çimərkən suda boğulub ölmüşdür. O, Hidayətin oğlu Tasifin dəfnində və yas mərasimində iştirak etmişdir. Tasif Hacıqabul şəhər qəbristanlığında dəfn olunmuşdur. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun qardaşının qayınıdır. O, Hidayəti və ailəsini yaxından tanıyır, Hidayətin oğlu X8 2004-cü ildə 14 yaşında Kür çayında çimərkən boğulub ölmüşdür. Hidayət oğlu Tasifi Hacıqabul şəhər qəbristanlığında dəfn etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Qeydiyyatğ Şöbəsinin 14.03.2022-ci il tarixli 61-05/13 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş 01.12.1990-cı il tarixdə aparılmış 158 nömrəli doğum akt qeydindən müəyyən edilir ki, X8 06.07.1990-cı ildə Hacıqabul rayon Talış kəndində doğulmuşdur. Atası xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi, anası 04.05.1965-ci il təvəllüdlü X5r. Hacıqabul RPŞ tərəfindən 29.11.2006-cı il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1956-cı ildə Sabirabad rayon Talış kəndində doğulmuşdur, hazırda Hacıqabul rayon Talış kəndində qeydiyyatdadır. Hacıqabul rayonu Talış kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Ərizəçi hazırda Hacıqabul rayon Talış kəndində yaşayır. Hacıqabul rayon qeydiyyat şöbəsinin 02.12.2021-ci il tarixli 60-05/13 nömrəli məktubu ilə X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidlərin ifadəsindən, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 06.07.1990-cı ildə Hacıqabul rayon Talış kəndində doğulmuş X8 Ərizəçi doğma oğludur. X8 27.06.2004-cü il tarixdə ölmüşdür və Hacıqabul şəhər qəbristanlığında dəfn edilmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.07.1990-cı ildə Hacıqabul rayon Talış kəndində doğulmuş X4 27.06.2004-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. 06.07.1990-cı il təvəllüdlü X4 adına ölüm haqqında şəhadətnamə verilməsi Hacıqabul rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar