Məhkəmə qərarları › İş №2(071)-177/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-177/2024

09.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-177/2024 09.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında verdiyi ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/-01997 saylı Barışıq Sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanılmış Hacıqabul rayon Qeydiyyat Şöbəsində 3527 nömrəli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 Ərizəçi himayəsində qalmaqla hər ay sabit pul məbləğində 250 manat alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəsində maraqlı şəxs ilə onun arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, onlar arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün maraqlı şəxsdən onun xeyrinə aliment tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 19-21-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 149-150-ci maddələrinin tələblərinə uyğun olaraq nikahın pozulması barədə ərizə iddia icraatı qaydasında verilməli və iddia ərizəsində nikahın pozulması barədə tələb cavabdehə, yəni iddiaçı ilə nikahda olan şəxsə qarşı yönəlməlidir. Ərizəçi isə nikahın pozulması barədə ərizəsini MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olaraq iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında vermişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə izah edir ki, Ərizəçi Maraqlı şəxs arasında bağlanmış nikahın pozulmasını istəyirsə, bu barədə iddia icraatı qaydasında həmin şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər, uşağın saxlanılması ilə bağlı Maraqlı şəxs alimentin məcburi qaydada tutulmasını istəyirsə, barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi xüsusi icraat qaydasında verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar