Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-184/2025 12.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı oğlu - xx.xx.2000-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının ərazisi olmaqla, hazırda Rusiya Federasiyasının nəzarətində olan Donetsk vilayətinin Krasnolimanskiy rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum bacısı oğlu - xx.xx.2000-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının ərazisi olmaqla, hazırda Rusiya Federasiyasının nəzarətində olan Donetsk vilayətinin Krasnolimanskiy rayonunda döyüşlərdə vəfat etmişdir. Hal-hazırda sənədləşmə ilə bağlı problem olduğu üçün ona rəsmi qaydada məhkəməyə müraciət olunması göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum xx.xx.2000-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Ərizəçi onun həm qonşusu, həm də yeznəsidir. Onun mərhum bacısı oğlu X1-Ukrayna müharibəsi zamanı vəfat etmişdir. X2 dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, Ərizəçi onun atasıdır. X5 isə bibisinin oğludur. X5 anası ilə xaricdə yaşamışdırlar. X1-Ukrayna müharibəsi zamanı vəfat etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-02- 2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi bacısı oğlu - xx.xx.2000-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyini Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2 nömrəli məktuba əsasən, X5 haqqında Hacıqabul rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsində hər hansı bir ekspertizası aparılmamışdır. İş materiallarında olan Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 28 nömrəli arayışa əsasən xx.xx.2000-ci il təvəllüdlü X2 ölümü haqqında Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 07 nömrəli arayışa əsasən xx.xx.2000-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixində Rusiya Federasiyası, Donetsk Xalq Respublikasının Krasnolimanskiy rayonunda vəfat etmiş və xx.xx.2024-cü il tarixində Hacıqabul şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.2000-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının ərazisi olmaqla, hazırda Rusiya Federasiyasının nəzarətində olan Donetsk vilayətinin Krasnolimanskiy rayonunda ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X5 ərizəçinin bacısının oğludur. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasının adına olan daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.2000-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının ərazisi olmaqla, hazırda Rusiya Federasiyasının nəzarətində olan Donetsk vilayətinin Krasnolimanskiy rayonunda ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı oğlu - xx.xx.2000-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının ərazisi olmaqla, hazırda Rusiya Federasiyasının nəzarətində olan Donetsk vilayətinin Krasnolimanskiy rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.2000-ci il təvəllüdlü X2 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-184/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-184/2025
12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver