Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-189/2022 15.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 25.01.2022-ci ildə məhkəməyə müraciət edərək, oğlu-07.11.1987-ci il təvəllüdlü X2 15.08.1996-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Hacıqabul rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1963-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş Ərizəçi 21.08.1961-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş X7 ilə 12.11.1985-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahından 03.10.1986-cı il təvəllüdlü X8, 07.11.1987-ci il təvəllüdlü X9, 07.01.1990-cı il təvəllüdlü X5, 27.04.1992-ci il X10 və 14.07.1995-ci il təvəllüdlü X6 adlı 5 uşağı vardır. 07.11.1987-ci il təvəllüdlü X9 anadangəlmə qusurlu doğulmuşdur. Belə ki, Tifan tez-tez sudurğa keçirmiş və xəstə olmuşdur. 07.11.1987-ci il təvəllüdlü X9 15.08.1996-cı ildə yaşadıqları Hacıqabul şəhəri M.Əsədov küçəsi 56 nömrəli evdə vəfat etmişdir. Ərizəçi mərhum oğlu X1 şəhər qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt böyük sarsıntı keçirən ərizəçi və ailə üzvləri X4 ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda ərizəçi 5 uşaqlı ana kimi pensiyaya çıxmaq istədyi üçün müvafiq idarəyə müraciət etsə də, ondan uşaqlarının doğum və ya ölüm haqqında şəhadətnamələrini istəmişlər. Tifanın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün ərizəçi həmin şəhadətnaməni təqdim edə bilməmişdir. Odur ki, ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Hacıqabul rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Hacıqabul rayon Qeydiyyat Şöbəsinin 29.12.2021-ci il tarixli 63 nömrəli məktubu ilə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi olmadığı üçün ərizəçinin oğluna ölüm haqqında şəəhadətnamə verilməmiş və ölüm faktı müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçi hazırda oğlunun ölüm haqqında şəhadətnaməsini başqa cür ala bilmədiyinə görə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və maraqlı şəxs Hacıqabul rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, xx.xx.1963-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş Ərizəçi və 21.08.1961-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş X7 12.11.1985-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahından 03.10.1986-cı il təvəllüdlü X8, 07.11.1987-ci il təvəllüdlü X9, 07.01.1990-cı il təvəllüdlü X5, 27.04.1992-ci il X10 və 14.07.1995-ci il təvəllüdlü X6 adlı 5 uşağı doğulmuşdur. Hacıqabul rayon qeydiyyat şöbəsinin 29.12.2021-ci il tarixli 63 nömrəli məktubu ilə ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Hacıqabul Bələdiyyəsi tərəfindən verilmiş 24.02.2022-ci il tarixli 10 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi mərhum oğlu X9 15.08.1996-cı ildə vəfat etmişdir və Hacıqabul qəbırsanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli 155 nömrəli məktubundan müəyyən edilir ki, 07.11.1987-ci il təvəllüdlü X9 Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində çağırışçı kimi qeydiyyata düşməmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin nümayəndəsinin və vəkilinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 07.11.1987-ci ildə doğulmuş X9 Ərizəçi doğma oğludur. X9 15.08.1996-cı il tarixdə vəfat etmişdir və Hacıqabul şəhər qəbristanlığında dəfn edilmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.11.1987-ci ildə Hacıqabul şəhərində doğulmuş X2 15.08.1996-cı il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. 07.11.1987-ci il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamə verilməsi Hacıqabul rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-189/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-189/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver