Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-196/2022 15.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 25.01.2022-ci ildə məhkəməyə müraciət edərək, onların birgə nikahdan doğulmuş övladı - 21.08.1994-cü il təvəllüdlü X1 15.11.1995-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizədə Hacıqabul rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi göstərmişlər. Ərizəçi1 məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, Ərizəçi2 ilə onun birgə nikahından doğulmuş övladı - 21.08.1994-cü il təvəllüdlü X5 15.11.1995-ci il tarixdə 11 yaşında vəfat etmişdir. Mərhum qızı X6 rayonu Nəvahi kənd qəbristanlığında dəfn etmişlər. Qızının ölümündən sonra böyük sarsıntı keçirdiklərindən ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda qızına ölüm haqqında şəhadətnamə verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə olmadığına görə Hacıqabul rayon Qeydiyyat şöbəsinin 06.05.2020-ci il tarixli 16 nömrəli məktubu ilə ona məhkəməyə müraciət etməsini tövsiyyə edilmişdir. O, qızının ölümü haqqında şəhadətnaməni başqa cür əldə edə bilmir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 məhkəmə iclasında ərizəsini müdafiə etdi, Ərizəçi1 izahatı ilə razı olduğunu bildirdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Hacıqabul rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi1 və Ərizəçi2 onun qonşularıdır. O, Absəmədi və ailəsini yaxından tanıyır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə nikahdan doğulmuş qızı Gülşən 15.11.1995-ci ildə vəfat etmişdir. O, Absəmədin qızının yas mərasimində iştirak etmişdir. Absəmədin mərhum qızı Gülşən Hacıqabul rayonu Nəvahi kənd qəbristanlığında dəfn olunmuşdur. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Ərizəçi1 və Ərizəçi2 ilə qonşudur, onları yaxından tanıyır. Absəməd və Dilbərin birgə nikahdan doğulmuş qızı Gülşən 15.11.1995-ci ildə 11 yaşında vəfat etmişdir. Absəmədin qızı Gülşən Hacıqabul rayonu Nəvahi kənd qəbristanlığında dəfn olunmuşdur. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.05.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, X5 21.08.1994-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində doğum akt qeyydləri kitabında 14.09.1994-cü il tarixdə 57 nömrəli akt qeydi aparılmışdıır. Hacıqabul RPŞ tərəfindən şəxsiyyət vəsiqələrindən müəyyən edilir ki, Ərizəçi1 və Əliyeva X4 rayon Nəvahi kəndində qeydiyyatdadır. Hacıqabul rayonu Nəvahi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.02.2022-ci il tarixli 58 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi1 hazırda Hacıqabul rayon Nəvahi kəndində qeydiyyatda olmaqla yaşayır. Ərizəçi1 qızı X5 15.11.1995-ci vəfat etmişdir və Hacıqabul rayonu Nəvahi kənd qəbristanlığında dəfn olunmuşdur. Hacıqabul rayon qeydiyyat şöbəsinin 06.05.2020-ci il tarixli 16 nömrəli məktubu ilə ölüm haqqında tibbi şəhadətnamə olmadığından, X1 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi1 tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidlərin ifadələrindən, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 21.08.1994-cü ildə doğulmuş X5 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğma qızıdır. X5 15.11.1995-ci il tarixdə vəfat etmişdir və Hacıqabul rayonu Nəvahi kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçilər qızlarının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmirlər. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.08.1994-cü ildə Bakı şəhərində doğulmuş X1 15.11.1995-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. 21.08.1994-cü il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Hacıqabul rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-196/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-196/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver