Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-213/2025 11.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, anası 1940-cı il təvəllüdlü X2 xx.xx.1998-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1962-ci ildə anadan olmuş və Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla yaşayır. Mərhum anası X6 1940-ci ildə Qazı-Məmməd rayonunda anadan olmuş və Hacıqabul rayonunun Atbulaq kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. 10 noyabr 1998-ci il tarixdə Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən fərdi yaşayış evində ümumi xəstəlikdən vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Mərhum anasının adına AİK komissiyasının qərarı əsasında Atbulaq kəndi ərazisində 8.30 hektar torpaq sahəsi onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin üzərində müvafiq sərəncam vermək üçün, mərhum anasının ölüm haqqında şəhadətnaməsi tələb edilir. Həmin sənədin əldə edilməsi üçün aidiyyatı üzrə Maraqlı şəxsnə müraciət etsə də, ona müvafiq imtina məktubu verilmişdir. Bundan başqa o, ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” PHŞ-in Hacıqabul rayon şöbəsinə müraciətinə əsasən ona bildirilmişdir ki, mərhum anası 1940-ci ildə Qazı- Məmməd rayonunda anadan olmuş X2 ölümü ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” PHŞ-in Hacıqabul rayon şöbəsində hər hansı bir məlumat və ya qeydiyyat aparılmamışdır. Bundan başqa Hacıqabul rayon Mərkəzi Xəstəxənası PHŞ tərəfindən onun müraciətinə cavab olaraq bildirmişdir ki, mərhum anası X2 ölüm aktı ilə bağlı xəstəxanaya müraciət daxil olmamışdır. Baxmayaraq ki, mərhum anası X6 10 noyabr 1998-ci il tarixdə Hacıqabul rayonunun Atbulaq kənd qəbirstanlığında dəfn edilmiş, hazıradək onun ölüm faktı qeydə alınmamışdır. Odur ki, 1940-ci ildə Qazı-Məmməd rayonunda anadan olmuş anası X2 10 noyabr 1998-ci il tarixdə Hacıqabul rayonunun Atbulaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirir ki, mərhum anası 1940-cı il təvəllüdlü X6 xx.xx.1998-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ev şəraitində xəstəliyi ilə bağlı vəfat etmişdir. Hazırda onun adına qeydə alınmış torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı problem yarandığından ölüm faktının məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Çünki digər orqanlara ölüm faktının müəyyən edilməsi ilə bağlı müraciəti hər hansı nəticə verməmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-50-2024 nömrəli məktubda qeyd edilmişdir ki, 1940-cı il təvəllüdlü X2 ölümü haqqında akt qeydinin aşkarlanması məqsədi ilə “Vətəndaşlıq vəziyyəti akları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparılmış, lakin qeyd olunan şəxs barəsində ölüm haqqında qeyd aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının Dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan Hacıqabul Rayon Mərkəzi X8 Şəxsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 2 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi mərhum anası - 1940-cı il təvəllüdlü X2 ölümü haqqında Hacıqabul RMX PHŞ-də heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” PHŞ-in Hacıqabul rayon şöbəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 1 nömrəli məktubdan müəyyən edilir ki, X2 Hacıqabul Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsində ölümü haqqında hər hansı bir müraciət və qeydiyyat aparılmamışdır. İş materiallarında olan Hacıqabul rayon Atbulaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 25 nömrəli arayışdan müəyyən edilmişdir ki, Ərizəçi anası X6 1998ci ildə Hacıqabul rayonunun Atbulaq kəndində vəfat etmiş və Atbulaq kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdə mərhum X4 məxsus başdaşında qeyd olunmuşdur ki, o, 1940-cı il tarixində anadan olmuş, xx.xx.1998-ci il tarixdə (1940-10/Xİ) vəfat etmişdir. Əlavə olaraq başdaşında “oğlu Ayazdan xatirə” sözləri qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Mərhum anası - X6 xəstəliyindən dolayı xx.xx.1998-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ev şəraitində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Anası - X6 1940-cı il tarixində anadan olmuşdur. X6 onkoloji xəstə olmuş, ömrünün 2 ilini xəstə olduğundan yataraq keçirmişdir. O, xx.xx.1998-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ev şəraitində vəfat etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1940-cı il təvəllüdlü X2 xx.xx.1998-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1940-cı il təvəllüdlü X2 xx.xx.1998-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-213/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-213/2025
11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver