Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-242/2022 10.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar Ərizəçi və borclu Maraqlı şəxs iştirakı ilə, Tələbkar Ərizəçi borclu Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəçi borclu Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizə ilə 01.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, tələbkar Ərizəçi və borclu Maraqlı şəxs arasında aliment tutulmasına dair mediasiya prosesi nəticəsində bağlanılmış 21.01.2022-ci il tarixli 22/12158 nömrəli barışıq sazişinin təsdiq edilməsi və icra olunması üçün Hacıqabul rayon İcra və Probasiya şöbəsinə yönəldilməsini xahiş etmişdir. Tələbkar Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Borclu Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul etdi, barışıq sazişini imzaladığını və icra edəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, tələbkar Ərizəçi və borclu Maraqlı şəxs arasında aliment tutulmasına dair mediasiya prosesi nəticəsində bağlanılmış 21.01.2022-ci il tarixli 22/12158 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Belə ki, X3 Şəfəq Xələf qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 21.01.2022-ci il tarixli 22/12158 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Maraqlı şəxs hər ay Ərizəçi ilə birgə nikahından doğulmuş övladları - 09.06.2008-ci il təvəllüdlü X1 və 19.08.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat aliment ödəməyə razılaşmışdır. Tələbkar borclunun barışıq sazişini könüllü icra etmədiyini əsas gətirərək, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu məhkəmədə barışıq sazişini imzaladığını və icra edəcəyini bildirmişdir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Tələbkar Ərizəçi və borclu Maraqlı şəxs arasında aliment tutulmasına dair mediasiya prosesi nəticəsində bağlanılmış 21.01.2022-ci il tarixli 22/12158 nömrəli barışıq sazişi təsdiq edilsin. 21.01.2022-ci il tarixli 22/12158 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - 09.06.2008-ci il təvəllüdlü X1 və 19.08.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 21.01.2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-242/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-242/2022
10.02.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver