Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-259/2025 30.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası - xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonu Ağacanlı kəndinə ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxxxxxx 1990-cı ildə anadan olmuş və Hacıqabul rayonu, Ağacanlı kəndində qeydiyyatda olmaqla yaşayır. Mərhum atası X4 xx.xx.1967-ci ildə Sabirabad rayonunun Ağacanlı kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla orada yaşamışdır. xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonunun Ağacanlı kəndində yerləşən fərdi yaşayış evində ümumi xəstəlikdən vəfat etmiş və Hacıqabul rayon qəbirstanlığında dəfn edilmişdir. Hacıqabul rayon X5 26 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə Hacıqabul rayonunun Ağacanlı kəndində yerləşən 5,43 ha torpaq sahəsi mərhum atası X4 və onun ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə müvafiq subsidiya və digər işlərin görülməsi üçün çıxarış tələb edilir. Məhz bu səbəbdən həmin torpaq sahəsinə müvafiq çıxarışın alınması üçün mərhum atası X2 ölüm şəhadətnaməsi tələb edilir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum atası xx.xx.1967-ci il təvəllüdlü X4 vəfat etdikdən sonra sarsıntı keçirdiyi üçün heç bir sənədləşmə işləri aparmamışdır. Mərhum atası xx.xx.1967-ci il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X4 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/7-37- 2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 1999-cu il tarixdə vəfat etmiş 26xx.xx.1967-ci il təvəllüdlü X1 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbayca Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ tərəfində göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, X4 haqqında Hacıqabul rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsində hər hansı bir ekspertiza aparılmamışdır. İş materiallarında olan Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən Hacıqabul rayonu, Ağacanlı kəndində qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 27 nömrəli arayışdan müəyyən edilir ki, onun atası xx.xx.1967-ci il təvəllüdlü X1 ölümü haqqında Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ-də heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, Ərizəçi həm qohumu, həm də onun qapı qonşusudur. Ərizəçi atası xx.xx.1967-ci il təvəllüdlü X1 ağciyər xəstəliyindən dolayı xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonu Ağacanlı kəndində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Ərizəçi qonşusudur. Ərizəçi atası xx.xx.1967-ci il təvəllüdlü X1 ağciyər xəstəliyindən dolayı xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonu Ağacanlı kəndində vəfat etmişdir. X1 dəfn mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonu Ağacanlı kəndində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X4 ərizəçinin atasıdır. xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonu Ağacanlı kəndində vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X1 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonu Ağacanlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası - xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonu Ağacanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1967-ci il təvəllüdlü X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-259/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-259/2025
30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver