Məhkəmə qərarları › İş №2(071)-26/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-26/2022

02.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-26/2022 02.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və vəkili X7, cavabdehlər X12, X13, X14 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər X12, X13, X14 və Cavabdeh4 qarşı “torpaq sahəsindən çıxarılma, istifadə maneçilik edilməsinin qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X12, X13, X11 qarşı “torpaq sahəsindən çıxarılma, istifadə maneçilik edilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Hacıqabul rayonu 1-ci Meyniman kəndində yerləşən 5,231114 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Ənvər oğlunun, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, gələcəkdə də onun öz torpaq sahəsindən sərbəst istifadəsinə maneəçilik edilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 24.01.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12.01.2018-ci il tarixli ******* nömrəli RX seriya nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,231114 ha torpaq sahəsindən cavabdehlər X12, X13 və X14 ilə bərabər Cavabdeh4 da istifadə etdiyini göstərərək, xx.xx.1957-ci ildə Lerik rayon Mistan kəndində doğulmuş Cavabdeh4 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı 24.01.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12.01.2018-ci il tarixli ******* nömrəli RX seriya nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,231114 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Ənvər oğlunun, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılması və gələcəkdə onun öz torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul rayonu Meyniman kədində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12.01.2018-ci il tarixli RX seriya ******* nömrəli çıxarışa əsasən Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,231114 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bu torpaq sahəsinin 1,47 ha hissəsindən cavabdehlər Cavabdeh1 Ənvər oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanunsuz olaraq istifadə edirlər. Bu səbəbdən cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmalarını tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Hacıqabul rayon Meyniman kənd İƏD-nin AİK-nın 15.10.2001-ci il tarixli 3 saylı qərarı ilə 5 nəfər ailə tərkibində onun əri X8 Hacıqabul rayon Meyniman kəndinin ərazisində 4,15 ha pay torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 07.09.2018-ci il tarixli çıxarışa əsasən Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən 1.4271 ha torpaq sahəsi, 07.08.2018-ci il tarixli çıxarışa əsasən Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən 1.354344 ha torpaq sahəsi onun mülkiyyətindədir. 2001-ci ildən onların faktiki istifadəsində 5,0 ha torpaq sahəsi vardır. 1.354344 ha və 1.4271 ha torpaq sahəsinin mülkiyyət sənədi olsa da, qalan torpaq sahəsinə dair mülkiyyət sənədi əldə etməmişlər. Həmçinin Hacıqabul rayon Meyniman kənd İƏD-nin AİK-nın 15.10.2001-ci il tarixli 3 saylı qərarını məhkəməyə təqdim edə bilmirlər. Ekspertizanın rəyində iddiaçının mülkiyyətində olan 5,0 ha torpaq sahəsinin 1,47 ha hissəsinin onların istifadəsində olduğu qeyd olunsa da, onlar həsmin torpaq sahəsini zəbt etməmişlər. 2001-ci ildən faktiki istifadə edirlər. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh X12 məhkəmə iclasında iddianı qəbul etmədi və anası Cavabdeh4 izahatı ilə razı olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh X13 məhkəmə iclasında iddianı qəbul etmədi və anası Cavabdeh4 izahatı ilə razı olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh X14 məhkəmə iclasında iddianı qəbul etmədi və anası Cavabdeh4 izahatı ilə razı olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriya ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən 5.231114 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 07.09.2018-ci il tarixli RX seriya ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən 1.4271 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 07.08.2018-ci il tarixli RX seriya ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən 1.354344 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Hacıqabul rayon Meyniman kənd icra nümayəndəsi tərəfindən X8 verilmiş 2002-ci il tarixli arayışın surətində göstərilmişdir ki, Hacıqabul rayon Meyniman kənd AİK-nın 15.10.2001-ci il tarixli 3 saylı iclasının qərarı ilə 5 nəfər ailə üzvü olaraq X8 4,15 ha pay torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10.11.2021-ci il tarixli 10/5867 nömrəli ekspertiza rəyindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışla iş üzrə İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayon Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlardan 5,231114 ha torpaq sahəsinin hüdudları (sərhədləri) müəyyən edilmişdir və məlum olmuşdur ki, İddiaçı istifadəsində 5,231114 ha deyil, 3,77 ha torpaq sahəsi vardır. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriaylı ******* nömrəli çıxarışla iş üzrə cavabdeh X2 xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayon Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatı torpaqlardan 1,4271 ha torpaq sahəsinin hüdudları (sərhədləri) müəyyən edilmişdir və məlum olmuşdur ki, X3 faktiki olaraq 2.90 ha torpaq sahəsindən istifadə edir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX serialı ******* nömrəli çıxarışla iş üzrə cavabdeh X2 xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayon Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatı topaqlardan 1.3776551 ha torpaq sahəsinin hüdudları (sərhədlər) müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriaylı 12244882 nömrəli çıxarışla iş üzrə İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayon Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatı torpaqlardan 5.231114 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışla iş üzrə cavabdeh X1 xüsusi mülkiyətinə verilmiş Hacıqabul rayon Bininci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlardan 1.4271 ha torpaq sahəsi üst-üstə düşmüşdür. Lakin faktiki istifadədə cavabdeh X4 İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayon Bininci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlardan 5.231114 ha torpaq sahəsinin bir hissəsini, yəni 1.47 ha torpaq sahəsini istifadə edir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 Ənvər oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12.01.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,231114 ha torpaq sahəsinin 1,47 ha hissəsindən qanunsuz istifadə edirlər. Həmin torpaq sahəsinin onların qanuni istifadələrində olmasını təsdiq edən mülkiyyətçi İddiaçı ilə bağlanmış müqaviləni məhkəməyə təqdim edə bilməmişlər. Cavabdehlərin təqdim etdikləri Hacıqabul rayon Meyniman kənd icra nümayəndəsi tərəfindən X8 verilmiş 2002-ci il tarixli arayışın ksero surətində göstərilmiş Hacıqabul rayon Meyniman kənd AİK-nın 15.10.2001-ci il tarixli 3 saylı iclasının qərarı X8 4,15 ha pay torpaq sahəsi ölçülərək təhvil verilməsi göstərilsə də, həmin sənəd hüquq müəyyənedici sənəd hesab edilmir, 15.10.2001-ci il tarixli 3 saylı iclasının qərarının əsli və ya notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər məhkəmədə verdikləri izahatlarında da faktiki istifadələrində 5,0 ha torpaq sahəsi olduğunu təsdiq etmişlər, bundan yalnəz 2,80 ha torpaq sahəsinin mülkiyyətdə olmasına dair çıxarışlar məhkəməyə təqdim edilmişdir. Qalan hissələr isə cavabdehlərin qanunsuz istifadəsində olmaqla, bunun 1,47 ha hissəsi iddiaçıya məxsus torpaq sahəsidir. Odur ki, iddiaçı cavabdehlərin qanunsuz istifadəsində olan torpaq sahəsini geri tələb etməkdə haqlıdır. Çünki, Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə süutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Ənvər oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12.01.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,231114 ha torpaq sahəsindən (zəbt edilmiş 1,47 ha hissəsindən) çıxarılmalı, torpaq sahəsi boşaldılaraq mülkiyyətçisı İddiaçı təhvil verilməli, iddiaçının özünün xüsusi mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsi cavabdehlərə qadağan edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 50 manat pul cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Ənvər oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12.01.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,231114 ha torpaq sahəsindən (zəbt edilmiş 1,47 ha hissəsindən) çıxarılsınlar. Torpaq sahəsi boşaldılaraq mülkiyyətçisı İddiaçı təhvil verilsin. İddiaçı özünün xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,231114 ha torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsi cavabdehlər Cavabdeh1 Ənvər oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qadağan edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 50 manat pul cavabdehlər Cavabdeh1 Ənvər oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar