Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-26/2023 16.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin sərhədlərinin cavabdehlər tərəfindən pozulmasına və cavabdehlərə onun mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən istifadəsinə maneəçilik törədilməsinə qadağanın qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi ƏMDK yanında DƏDRX-i, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 24 sentyabr 2020-ci il tarixdə, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışla onun mülkiyyətinə verilmişdir. Qeyd olunan fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsinin hüdudları rəsmi şəkildə təsdiq edilmiş çıxarış və texniki pasport ilə müəyyən edilmişdir. Həmin ərazinin sərhədləri dəfələrlə müvafiq dövlət orqanları tərəfindən müəyyən edilərək təhvil verilmişdir. Lakin, cavabdehlər buna məhəl qoyulmadan həmin əraziyə xüsusi texnika və vasitələr ilə girərək həyətyanı torpaq sahəsini mənimsəmişlər və ərazini yararsız hala salmışlar. Cavabdehlər onun fiziki hərəkətlərinin zəif olmasından və yaşlı olmasından istifadə edərək həyətyanı torpaq sahəsinə girirlər, onun evinə girməsinə və həyətyanı torpaq sahəsində gəzməsinə maneəçilik törədirlər, onun Hacıqabul şəhərində yaşamasını düşünərək onun mülkiyyətində olan fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini mənimsəmək istədiyirlər. Cavabdeh2 onun qardaşıdır. Buna baxmayaraq, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilir, həmin torpaq sahəsindən dinc istifadəsinə imkan vermirlər, cavabdehlərə dəfələrlə torpaq sahəsindən istifadə etməmələri barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər buna məhəl qoymurlar. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə etiraz ərizəsi təqdim edərək ərizələrini onunla əsaslandırmışlar ki, İddiaçı onlara qarşı qaldırdığı iddianı qəbul etmirlər. Belə ki, İddiaçı Cavabdeh2 bacısıdır və Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi anaları X7 adına olmuşdur. Cavabdeh2 həmin evdə 1951-ci il tarixdə anadan olmuş və Cavabdeh1 50 il əvvəl həmin evə gəlin gəlmişdir, Cavabdeh3 1982-ci il tarixdə həmin evdə anadan olmuşdur, X11 1999-cu il tarixdə vəfat etmişdir. Cavabdeh2 anası vəfat etməmişdən əvvəl ailə üzvləri ilə birgə həmin evdə yaşamış və onlarla birgə təsərrüfat aparmışdır. İddiaçı isə 40 ildən artıq müddətdir ki, ərə gedərək ərinin Hacıqabul şəhərindəki evində davamlı olaraq yaşamışdır. Əvvəllər iddiaçı ilə münasibətləri yaxşı olsa da, sonradan iddiaçının onları yaşadıqları fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarmaq istəməsi səbəbindən münasibətləri korlanmışdır. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə fərdi yaşayış evi və həyətyanı sahəsi təyinatı ilə 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN 350A KOD 91002018 saylı şəhadətnamə verilmişdir və o, həmin torpaq sahəsindən 1951-ci il tarixdən bu günə kimi istifadə edir. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə ona və ailə üzvləri Cavabdeh1, Hüseynova Nəzirə əlisgəndər qızına, X4, X5, Cavabdeh3 və X1 təsərrüfatı məhsullarının istehsalı üçün 1,79 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə 20 aprel 1999-cu il tarixdə JN 398 KOD 91002018 saylı şəhadətnamə verilmişdir. Bütün bunlardan başqa İddiaçı Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verildiyi gündən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Hacıqabul rayon məhkəməsinə müraciət etmişdir. Hacıqabul rayon məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(071)-1239/2016 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra Hüseynov X3 rayon məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(071)-1239/2016 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(106)-837/2018 saylı qətnaməsi ilə Hacıqabul rayon məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(071)-1239/2016 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Odur ki, İddiaçı onlara qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlər ona xüsusi mülkiyyətində olan torpaq sahəsindən və yaşayış sahəsindən istifadə etməyə icazə vermirlər, evinə gediş-gəlişə mütəmadi olaraq maneə yaradırlar, onu öz evinə buraxmırlar. O, öz evində heç bir iş görə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlər İddiaçı əşyalarını yığıb xüsusi mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmasını istəyirlər. Bu səbəbdən həmin torpaq sahəsinə gedən avtomobil yolunu kəsərək iddiaçının xüsusi mülkiyyətidə olan torpaq sahəsindən sərbəst istifadə etməsinə və həmin torpaq sahəsinə və fərdi yaşayış evinə girib-çıxmasına maneə yaradırlar. İddiaçı DİN-nin 102 xidmətinə dəfələrlə zəng edərək bu barədə məlumat verərək cavabdehlər tərəfindən döyüldüyünü bildirmişdir. Lakin, buna baxmayaraq cavabdehlər iddiaçının öz xüsusi mülkiyyətindən istifadə etməsinə maneə yaratmağa davam etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı onun bacısıdır, onun adına torpaq sahəsi və əmlak yoxdur, bacısının adına qeydə alınmış torpaq sahəsi və ev əslində ona məxsusdur. Bacısı torpaq sahəsi və evi hansı qaydada öz adına qeydə aldırdığını bilmir. Həmin sənədləri qanunsuz hesab edir. Bu səbəbdən bacısının əşyalarını götürərək yaşadığı evdən çıxmasını istəyir. Məhkəmə iclasında Cavabdeh3 izahatında göstərdi ki, İddiaçı onun bibisidir. Bibisi onlarla qonşuluqda yaşayır. Atası ilə bibisi arasında torpaq sahəsi və evə görə mütəmadi olaraq mübahisə yaranmışdır. O, atası ilə bibisi arasında olan mübahisəyə çox qarışmır. Lakin, onlar meyvə ağaclarını bibisinin ərazisində əkmişlər və bibisinin ərazisindən keçən su xəttindən istifadə edirlər. Bu səbəbdən davamlı olaraq bibisinə məxsus torpaq sahəsinə girib çıxırlar. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və digər cavabdehlərin izahatında göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********90- 10301 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 37,6 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 13 saylı Şirvan ərazi idarəsi tərəfinən verilmiş xx.xx.2020-ci il tarixli, **********90-10301 reyestr nömrəli Texniki pasportdan müəyyən edilir ki, İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində 2 otaq 1 açıq eyvandan ibarət 1 mərtəbəli yaşayış evi inşa edilmiş və torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan JN – 350A nömrəli, KOD 91002018 saylı şəhadətnamənin surətindən müəyyən edilir ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Hacıqabul rayon Abdulabad kənd sakini X10 20 fevral 2003-cü ildə Hacıqabul rayon Abdulabad kəndində yerləşən 0,20 ha torpaq sahəsi verilmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 10/6762 saylı rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayon Abdulabad kəndində yerləşən 0,25 ha torpaq sahəsi ilə 350A nömrəli, KOD 91002018 saylı şəhadətnamə ilə X10 20 fevral 2003-cü ildə verilmiş Hacıqabul rayon Abdulabad kəndində yerləşən 0,20 ha torpaq sahəsinin sərhədləri üst-üstə düşmür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, 350A nömrəli, KOD 91002018 saylı şəhadətnamə ilə X10 20 fevral 2003-cü ildə verilmiş Hacıqabul rayon Abdulabad kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində cavabdehlər yaşayırlar. Həmin torpaq sahəsi ilə qonşuluqda olan 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 37,6 kv.m fərdi yaşayış evi isə iddiaçının xüsusi mülkiyyətindədir. Ekspertiza tədqiqatının nəticəsinə əsasən həmin torpaq sahələrinin hüdudları müəyyən edilmiş və torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Bununla belə məhkəmə iclasında həm iddiaçının, həm də cavabdehlərin izahatları ilə müəyyən olunur ki, cavabdehlər mütəmadi olaraq iddiaçıya ona məxsus torpaq sahəsinə və evinə gedib-gəlməsinə, torpaq sahəsindən və evdən istədiyi kimi istifadə etməsinə maneçilik törədirlər. Başqa sözlə, cavabdehlərin hər hansı hüququ olmamasına baxmayaraq, onlar iddiaçıya məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə davamlı olaraq müdaxilələr etmiş, iddiaçının həmin əmlaklar üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyə mane olmuşlar, bununla da onun mülkiyyət hüququnu pozmuşlar. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı “mülkiyyətin müdafiəsi” tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin sərhədlərinin pozulması və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən istifadəsinə maneəçilik törədilməsi cavabdehlərə qadağan edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 izahatında İddiaçı adına torpaq sahəsi və əmlak olmadığını, iddiaçının adına qeydə alınmış torpaq sahəsi və evin əslində ona məxsus olduğunu, iddiaçının adına olan sənədləri qanunsuz hesab etdiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlillərini əsassız hesab edir. Belə ki, mövcud vəziyyətdə həmin torpaq sahəsi və fərdi yaşayış evinə iddiaçıının mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış mübahisələndirilmədiyindən və ləğv edilmədiyindən, iddiaçının həmin əşyalara mülkiyyət hüququ dövlət tərəfindən tanınır və təsdiq edilir (“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş xərcin əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə keçirilmiş aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin sərhədlərinin (qeydiyyat nömrəsi **********) pozulması və onun mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən istifadəsinə maneçilik törədilməsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat və mütəxəssisə ödənilmiş məbləğin əvəzi kimi 95 manat olmaqla, cəmi 105 (yüz beş) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-26/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-26/2023
16.01.2023 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver