Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-273/2025 12.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Hacıqabul şəhərində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi və X4 ilə birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdur. xx.xx.2021-ci il təvəllüdlü X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. xx.xx.2021-ci il təvəllüdlü X6 ev şəraitində vəfat etmiş və onun ölümündən sonra böyük sarsıntı keçirdikləri üçün onun ölümü baş verdiyi gün Təcili tibbi yardıma məlumat verməmişdirlər. Hal-hazırda qeyd edilən səbəbdən xx.xx.2021-ci il təvəllüdlü X2 ölüm haqqında şəhadətnamə alınmasına zərurət yaranmışdır. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etmiş və onun müraciətinə xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, ölüm haqqında həkim arayışı təqdim olunmadığı üçün ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi göstərilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum övladı xx.xx.2021-ci il təvəllüdlü X6 vəfat etdikdən sonra sarsıntı keçirdiyi üçün heç bir sənədləşmə işləri aparmamışdır. Mərhum övladı xx.xx.2021-ci il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-42- 2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2021-ci il tarixdə vəfat etmiş xx.xx.2021-ci il təvəllüdlü X2 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbayca Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 PHŞ tərəfində göndərilmiş xx.xx.2025-ci il tarixli, 4 nömrəli məktubdan müəyyən edilir ki, X6 haqqında Hacıqabul rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsində hər hansı bir ekspertiza aparılmamışdır. İş materiallarında olan Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 56 nömrəli arayışdan müəyyən edilir ki, onun qızı xx.xx.2021-ci il təvəllüdlü X2 ölümü haqqında Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ-də heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş AZ- İV seriyalı, 581531 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 xx.xx.2021-ci il tarixində doğulmuşdur. Atası - Ərizəçi, anası - X4 olduğu qeyd edilmişdir. İş materiallarında olan Saatlı rayon Sarıcalar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş AZ-İİ seriyalı, 226136 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi və X4 nikahlarını xx.xx.2017-ci il tarixində 09 nömrəli akt qeydi ilə rəsmiləşdirmişdirlər. Nikahdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, Ərizəçi onun qapı qonşusudur. Ərizəçi övladı X6 doğulmuş və xx.xx.2021-ci il tarixdə Hacıqabul şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Ərizəçi onun bacısı oğludur. X6 vəfat edən zaman pandemiya zamanı olmuşdur. Həmin gün ərizəçi ona zəng etmiş və övladının vəfat etdiyini bildirmişdir. X2 dəfn mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, Ərizəçi onun həm iş yoldaşı, həm də yaxın dostudur. Ərizəçinin övladı X6 2021-ci il tarixində pandemiya vaxtı vəfat etmişdir. X2 dəfn mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Hacıqabul şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X6 ərizəçinin övladıdır. xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin birbiri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Hacıqabul şəhərində ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi övladı xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Hacıqabul şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.2021-ci il təvəllüdlü X2 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-273/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-273/2025
12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver