Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-282/2024 07.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.1996-cı il tarixdə ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Qazı-Məmməd rayonunda anadan olmuş və hal-hazırda Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, giriş 242- də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.1956-cı il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X10, xx.xx.1961-ci il təvəllüdlü X5 və xx.xx.1964-ci il təvəllüdlü X12 onun bacısı və qardaşlarıdır. Bacısı xx.xx.1964-ci il təvəllüdlü X12 2020-ci ildə vəfat edib, xx.xx.1958-ci il təvəllüdlü X10 nikah münasibətinə girərək, ailə həyatı qurduğu üçün Naxçıvan Muxtar Respublikasına uzun müddət əvvəl köçüb getmiş, xx.xx.1961-ci il təvəllüdlü X5 və xx.xx.1956-cı il təvəllüdlü X16 isə özlərinə yaşayış yerləri seçmişlər. X6 vəfat edəndə onun yas mərasimini hazırda yaşadığı mənzildə qardaş və bacıları ilə mehriban olaraq iştirak etmişlər. O, qardaş və bacıları ilə hər zaman mehriban olmuş və heç vaxt aralarında hər hansı bir mübahisələri olmamışdır. X7 xx.xx.1982-ci ildə vəfat etmiş, onun vəfatından sonra atasına məxsus fərdi yaşayış evinə o, sahiblik etməklə, həmin əmlakı idarə etmişdir. Anası və bacısı Badam vəfat etmişlər. Digər qardaşları Hüseynəli və İsanın, bacısı Kəkliyin özlərinə məxsus yaşayış yerləri vardır. Atasından miras qalmış əmlakla bağlı aralarında hər hansı mübahisə olmamışdır. Bütün bunlardan sonra o mərhum X7ndan miras qalmış əmlakı faktiki olaraq qəbul edib, adına keçirmək üçün Hacıqabul Notariat odisinə müraciət etmişdir. Həmin müraciətinə müvafiq imtina cavabı verildikdən sonra o, aidiyyəti üzrə Hacıqabul rayon məhkəməsinə müraciət etmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-1061/2023 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Hal-hazırda həmin əmlaka Hacıqabul rayon Notariat ofisində sənədləşmə işi apararkən onlara məlum olmuşdur ki, mərhum anası XX.XX.1927- Cİ il təvəllüdlü X2 ölüm şəhadətnaməsi yoxdur. Qeyd edir ki, mərhum anası XX.XX. 1927ci il təvəllüdlü X8 xx.xx.1996-cı il tarixdə hal-hazırda yaşadığları fərdi yaşayış evində 69 yaşında diabetli şəkər xəstəliyindən vəfat etmiş, Hacıqabul şəhər qəbirstanlığında dəfn edilmişdir. Savadı olmadığı üçün, anasına ölüm haqqında şəhadətnaməni bu günə kimi almamışdır. Bununla bağlı, mərhum anası XX.XX. 1927-ci il təvəllüdlü X2 xx.xx.1996-cı il tarixdə vəfat etməsi ilə bağlı müvafiq şəhadətnamənin alınması üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən 22 yanvar 2024-cü il tarixli, 3-16-5/8- 02-2024 nömrəli məktubunda bildirilmişdir ki, 1996-cı ildə vəfat etdiyini bildirdiyiniz ananız X2 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Diqqətinizə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"rın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyiniz ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır. (Məktub ərizəyə əlavə olunur). Bundan başqa o ərizə ilə “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PAB” PHŞ-in Hacıqabul rayon şöbəsinə müraciət etmiş. Həmin xəstəxəna və şöbədən ona rəsmi olaraq bildirilmişdir ki, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, ev 6A, Yeni qaydalarla: AZ 2400, Hacıqabul rayonu, Hacıqabuyl şəhəri, İ.Qayıbov küçəsi, giriş 242-də qeydiyyatda olan XX.XX.1927-Cİ il təvəllüdlü X2 ölümü haqqında Hacıqabul RMX PHŞ-də heç bir məlumat aşkarlanmamış və onun meyiti həmin gündən xx.xx.2024-cü ilə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PAB” PHŞ-in Hacıqabul rayon şöbəsində müayinə edilməmişdir. Ərizəsinə əlavə etdiyi foto şəkillər və arayışdan görünür ki, mərhum anası XX.XX.1927-ci il təvəllüdlü X8 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və o, Hacıqabul şəhər qəbirstanlığında dəfin edilmişdir. Odur ki, XX.XX. 1927-ci il təvəllüdlü X2 xx.xx.1996-cı il tarixdə Hacıqabul şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, anasının ölüm faktını müəyyən etmək istəyir. X2 1996-cı ildə vəfat etdiyini, yas mərasimini Hacıqabul rayonunda keçirildiyini bildirdirərək, ərizəsinin təmin edilməsini və anası X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadə verərək bildirdi ki, mərhum X8 onun anası, ərizəçi isə onun qardaşıdır. Anası S.Musayeva xx.xx.1956-cı ildə vəfat etmiş, o, həmin vaxt müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Anasının ölməsindən xəbər tutuduqdan sonra yaşadığı Hacıqabul şəhərinə gəlmiş və anasının yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadə verərək bildirdi ki, mərhum X8 ilə uzun müddət qonşu olmuşdur. Safura Musayeva xx.xx.1956-cı ildə vəfat etmiş, o, mərhumun yas mərasimində iştirak etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan mərhum X4 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, X2 X7, anası X3r. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, XX.XX.1927-ci il tarixdə doğulmuş X8 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-16-5/8-02- 2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X2 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, XX.XX.1927-ci il təvəllüdlü X2 xx.xx.1996-cı il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X8 ərizəçinin anasıdır. X8 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Bu fakt ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasının adına olan daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və XX.XX.1927-ci il təvəllüdlü X2 xx.xx.1996-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1927-ci il təvəllüdlü X2 xx.xx.1996-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-282/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-282/2024
07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver