Məhkəmə qərarları › İş №2(071)-289/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-289/2024

02.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-289/2024 02.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Elə həmin gün Hacıqabul rayon Mərkəzi Xəstəxanasının TTTY-nə məlumat verilmiş və onlar mərhuma baxdıqdan sonra rəsmi sənəd də vermişdir. Lakin, mərhum qardaşının ölümündən sonra böyük sarsıntı keçirən ailəsi, vaxtında aidiyyəti quruma müraciət edib ölüm haqqında tibbi şəhadətnaməni ala bilməmişlər və onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, hazırki ərizə yolverilməz olduğuna görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin prosessual normanın tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktı hər bir halda deyil, həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə etmək mümkün olmadıqda, müəyyən edə bilər. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Xəbərdarlıq vərəqəsi”ndən müəyyən olunur ki, həmin tarixdə Hacıqabul rayon X4 X7 və X8 Yardım Şöbəsinə çağırış olunmuş, həmin şöbənin həkimi S.Mehtiyeva ünvan 1 ünvanına gedən zaman xx.xx.1966-cı il təvəllüdlü X3 ürək-qan-damar çatışmamazlığından (infakt) ölməsini müəyyən etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasından bəhs edən 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X2 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” qaydalarına əsasən ölüm hadisəsi yaşayış yerində baş verdiyi zaman TTTYS-nin həkimi ölüm hadisəsini təsdiq edir və bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni ölmüş şəxsin faktiki yaşadığı yer üzrə tibb müəssisəsinə təqdim etmək üçün doldurur. “Xəbərdarlıq vərəqəsi” tibb müəssisəsinə təqdim olunduqdan sonra “ölüm haqqında tibbi şəhadətnamə” həmin tibb müəssisəsi tərəfindən verilməlidir. Ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş TTTS-nın həkimi tərəfindən tərtib edilmiş “Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, çağırış əsasında ünvana gedən həkim ərizəçi X3 öldüyünü, həmçinin onun ölümünün baş vermə səbəbini (ürək-qan-damar çatışmazlığından) müəyyən etmiş və bu barədə “xəbərdarlıq vərəqəsi”ndən müvafiq qeydlər etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd edilən qanunvericilik normalarına və Ali Məhkəmənin Plenum qərarındakı tövsiyyəyə əsaslanaraq məhkəmə hesab edir ki, X3 ölümü yaşayış yerində baş verdiyindən, ölümün baş verməsi və ölümün səbəbi TTTYS-nın həkimi tərəfindən təsdiq edilərək bu barədə “Xəbərdarlıq vərəqəsi” tərtib edildiyindən, mərhumun ölümü haqqında tibbi şəhadətnamə də “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilməlidir. Ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edildikdə isə həmin tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi”nə dair xüsusi icraat qaydasında verdiyi ərizəsi yolverilməz olduğuna görə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi izah edilsin ki, mərhum X3 ölümü haqqında tibbi şəhadətnamənin əldə edilməsi üçün “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X9 müraciət etməli, onun müraciətindən imtina edildikdə isə həmin tibb müəssisəsinə qarşı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar