Məhkəmə qərarları › İş №2(071)-29/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-29/2024

08.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-29/2024 08.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı3, X1, İddiaçı5 və Borclu Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı3, X1, İddiaçı5 və Borclu Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, məhkəmə iclasında iddiaçılar və nümayəndələri iştirak etmədiyi üçün iddianın baxışmamış saxlanılmasını xahiş edir. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh bildirdi ki, iddiaçılar iştirak etmədiyi üçün mülki işin baxılmasını tələb etmir və iddianın baxılmamış saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh də məhkəmə iclasında mülki işin baxılmamış saxlaılmasını xahiş etdiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı1, İddiaçı2, X2, İddiaçı3, X1, İddiaçı5 və Borclu Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar