Məhkəmə qərarları › İş №2(071)-304/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-304/2022

14.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-304/2022 14.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri İddiaçı1, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 10.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən verilmiş 14.01.2022ci il tarixli **********04 reyestr nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 4,67 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, həmin ərazinin cavabdehlərin vəsaiti hesabına əkinə yararlı vəziyyətə gətirilərək, torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Hacıqabul rayonu Nəvahi kəndində 4,67 ha torpaq sahəsi Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 02.02.1998-ci il tarili 03 saylı qərarı ilə kənd təssərüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə ümumi birgə mülkiyyətinə verilmiş və bu barədə 20.09.1998-ci ildə “Torpağa mülkiyyət hüququ haqqında” JN-341 KOD 91006027 nömrəli dövlət aktı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən verilmiş 14.01.2022-ci il tarixli **********04 reyestr nömrəli çıxarışa və texniki pasporta əsasən Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 4,67 ha torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 (təxminən 2 ha), Cavabdeh2 (təxminən 0.5 ha), Cavabdeh3 (təxminən 2.17 ha) onlara məxsus torpaq sahəsini zəbt etmiş və hazırda həmin torpaq sahələri cavabdehlərin qanunsuz istifadəsindədir. 2021-ci ilin iyun ayında kadastr xidməti işçiləri ona öz yerini tanıtdırmışlar. O, bu xidmətin göstərilməsinə görə 160 manat dövlət rüsumu ödəmişdir. 2021-ci ilin iyul ayında həmin 4.67 torpaq sahəsini 200 manat xərc çəkərək şumlatdırmış və əkinə hazır vəziyyətə gətirmişdir. 11.09.2021-ci il tarixdə Cavabdeh1 onlara məxsus torpaq sahəsində əkin işləri aparmasını görmüş və bu barədə DİN-in 102 xidmətinə zəng vurmuşdur. Daha sonra o, bununla bağlı Hacıqabul rayon PŞ-nə dəvət olunaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda onlar cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını tələb etsələr də, cavabdehlər ona məxsus torpaq sahəsindən çıxmırlar. Onlar bu ilin məhsunu yığmaları üçün 15.06.2022-ci ilə kimi cavabdehlərə möhlət verməyə və cavabdehlərin məhsulu biçdikdən sonra torpaq sahəsini şumlatdıraraq onlara təhvil vermələrinə etiraz etmirlər.Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməklə rəsmi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 10.03.2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında izahat verərək, mübahisənin sülh yolu ilə həll edilməsinə etiraz etmədiklərini, iddiaçılara məxsus torpaq sahəsində əkdikləri məhsulu 2022-ci ilin iyul ayının birinədək biçərək, həmin torpaq sahəsini şumlatdıraraq iddiaçılara təhvil verməyə razı olduqlarını bildirmişlər. Məhkəmə proses iştiirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 02.02.1998-ci il tarili 03 saylı qərarı ilə İddiaçı4 Cahangir oğluna, X1, İddiaçı1, X5, İddiaçı3 Yaqub qızına, X3 və İddiaçı4 Feyruz oğluna kənd təssərüfatı məhsullarının istehsalı məqsədi ilə Hacıqabul rayon Nəvahi kəndi ərazisində 4.6737 ha torpaq sahəsi verilmişdir. 14.01.2022-ci il tarixli çıxarışa əsasən Hacıqabul rayonu Nəvahi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.6737 ha torpaq sahəsi İddiaçı1, İddiaçı3, İddiaçı4, X4, İddiaçı2, X2, İddiaçı4 Cahangir oğlunun ümumi birgə mülkiyyətindədir. Mülkiyyətçilərdən X6 və İddiaçı4 Cahangir oğlu vəfat etmişlər. Göründüyü kimi, 14.01.2022-ci il tarixli çıxarışa əsasən Hacıqabul rayonu Nəvahi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.6737 ha torpaq sahəsi İddiaçı1, İddiaçı3, İddiaçı4, X4, İddiaçı2, X2, İddiaçı4 Cahangir oğlunun ümumi birgə mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Nəvhi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.6737 ha torpaq sahəsində qanuni əsaslar olmadan əkin işləri aparmışlar. Hazırda iddiaçılar öz torpaq sahəsindən istifadə etmək istəyir və torpaq sahəsini boşaltmağı cavabdehlərdən tələb edir. Cavabdehlər torpaq sahəsini boşaltmaqdan imtina etmirlər, lakin çəkdikləri xəcin əvəzi olaraq əkdikləri məhsulu biçdikdən sonra şumlatdıraraq təhvil verəcəklərini bildirirlər. İddiaçı1 cavabdehlərin onlara məxsus torpaq sahəsində əkdikləri məhsulu biçdikdən sonra 15.06.2022-ci il tarixədək boşaltmalarına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Xudai X8 rayonu Nəvahi kəndində yerləşən 14.01.2022-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən verilmiş **********04 reyestr nömrəli ÇİXARİŞLA ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olan 4,67 ha torpaq sahəsində əkdikləri məhsulu biçdikdən sonra həmin torpaq sahəsini şumlatdıraraq 01.07.2022-ci il tarixdə iddiaçılara təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən verilmiş 14.01.2022-ci il tarixli **********04 reyestr nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 4,67 ha torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahəsində əkdikləri məhsulu biçdikdən sonra 01.07.2022-ci il tarixə kimi öz vəsaitləri hesabına torpaq sahəsini şumlatdıraraq əkinə yararlı vəziyyətə gətirməklə, torpaq sahəsini boşaldaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 təhvil versinlər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar