Məhkəmə qərarları › İş №2(071)-318/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-318/2023

10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-318/2023 10.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X17 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı 12 dekabr 1992-ci il təvəllüdlü X3 15 may 1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X7 12 dekabr 1992-ci il tarixdə doğulmuş, 15 may 1994-cü il tarixdə isə ölmüş və Hacıqabul rayon Udulu kənd qəbirstanlığnda dəfn edilmişdir. Lakin, üzərindən uzun illər keçməsinə baxmayaraq, qızının “Ölüm haqqında şəhadətnaməsi”ni ala bilmir. Bununla əlaqədar qeydiyyat orqanına müraciət etsə də, ölümü təsdiq edən tibbi arayışın olmaması səbəbindən ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qızının ölüm haqqında şəhadətnaməsinin olmaması ona torpaq aktında düzəliş etmək üçün lazım olan müəyyən sənədləri əldə etməkdə çətinlik yaradır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşının arvadıdır. Onların 1992-ci ildə bir qız uşaqları doğulmuşdu. Lakin, həmin uşaq cəmi iki il yaşadıqdan sonra ölmüşdür. Xatırladığı qədəri ilə uşağın ölümünə səbəb soyuqlaması olmuşdur. Həmin uşaq Udulu kənd qəbirstanlığında dəfn edilmişdir. Uşaq olduğuna görə onun qəbri üstünə sadə baş daşı qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Ərizəçi əri onun əmisi oğludur. Onların 1992-ci ildə bir qız uşaqları doğulmuşdu. 1994-cü ildə isə həmin uşaq xəstəlikdən ölmüşdür. Uşağın qəbri Udulu kənd qəbirstanlığında atasının qəbrinin yanında yerləşir. İş materiallarında olan 24 dekabr 1992-ci il tarixli, XVİ-ЖГ seriyalı, 448339 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 12 dekabr 1992-ci il tarixdə doğulmuşdur. Şəhadətnamənin ata adı qrafasında X10, ana adı qrafasında isə Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon X5 tibb məntəqəsinin müdiri tərəfindən verilmiş arayışdan görünür ki, X7 12 dekabr 1992-ci il tarixdə doğulmuşdur. Onun ölümü haqqında tibb məntəqəsində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Hacıqabul rayon İ Udulu Bələdiyyəsinin sədri və İ Udulu kənd sakinləri tərəfindən tərtib edilmiş 06 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 12 dekabr 1992-ci il tarixdə Hacıqabul rayonunun İ Udulu kəndində doğulmuş X7 15 may 1994-cü il tarixdə vəfat etmiş və İ Udulu kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, 12 dekabr 1992-ci il tarixdə doğulmuş X7 15 may 1994-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, 12 dekabr 1992-ci il tarixdə Hacıqabul rayonu, İ Udulu kəndində doğulmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 21 dekabr 2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan JN 103 KOD 91008018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Hacıqabul rayon Aqrar İslahat komissiyasının 12 oktyabr 2001-ci il tarixli, 10 nömrəli qərarı ilə X2 və onun ailə üzvləri – Ərizəçi, X4 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,51 ha torpaq sahəsi verilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 12 dekabr 1992-ci il tarixdə doğulmuş X3 15 may 1994-cü il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 12 dekabr 1992-ci il təvəllüdlü X7 ərizəçinin qızıdır. X7 15 may 1994-cü il tarixdə ölmüşdür. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə uzlaşan ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum qızının adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 12 dekabr 1992-ci il təvəllüdlü X3 15 may 1994-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 dekabr 1992-ci il təvəllüdlü X3 15 may 1994-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar