Məhkəmə qərarları › İş №2(071)-318/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-318/2025

05.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-318/2025 05.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT028/2024/0632AK saylı Barışıq Sazişinin alimentin ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə rəsmi nikah münasibətinə girib onunla evlənmişdir. Onlar, Salyan 1 saylı Mediasiya təşkilatına müraciət edərək xx.xx.2024-cü ildə mediator X2 və borclu Maraqlı şəxs iştirakı ilə aralarında xx.xx.2024-ci il tarixində “Barışıq Sazişi” tərtib edilmişdir. Həmin “Barışıq Sazişi” nə əsasən borclu Maraqlı şəxs xx.xx.2013-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X15 oglunun yetkinlik yaşlanına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 70 (yetmiş) manat olmaqla, ümumulikdə 280 (iki yüz səksən) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Mediasiya xidmətinə müraciət etdikləri zaman cavabdeh hər ay bir uşağa görə 70 (yetmiş) manat olmaqla ümumulikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment ödəməyi razılaşaraq üzərinə öhdəlik götürmüşdür və bu barədə cavabdehlə aralarında saziş bağlanılmış və ümumi razılıq əldə olunmuşdur. Lakin, hazırda borclu Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MSS/MT Ne -028/2024-0632 saylı “Barışıq Sazişi” ilə üzərinə düşən öhdəliyə əməl etməyərək, onunla rəsmi nikahlarından dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir usağa 70 (yetmiş) manat olmaqla ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimenti ödəməkdən qəsdən yayınaraq qəti şəkildə əməl etmir. Ərizəçi hal-hazırda Hacıqabul rayonunda yaşadığından, həmçinin himayəsində azyaşlı uşağı olduğundan Azərbaycan Respublikası MPM-nin 36.5-ci maddəsinin tələblərinə əsasən Hacıqabul rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, maraqlı şəxs aliment borcunu ödəmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci təvəllüdlü X3 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞS/MT028/2024/0632AK nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Maraqlı şəxs Ərizəçi ilə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci təvəllüdlü X3 yetkinlik yaşılarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1084/2024 saylı qətnaməsindən müəyyən edilir ki, Maraqlı şəxs ilə Zeynalova (Yaqubova) Elnarə Hacbaba qızı arasında Hacıqabul rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış və akt qeydləri kitabında 400 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2022-ci il təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmaları müəyyən edilmişdir. Eyni zamanda qətnamədə göstərilmişdir ki, iddiaçının uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün öhdəliyinə götürdüyü aliment məbləğini və cavabdehin həmin aliment məbləği ilə razılaşmasını, həmçinin cavabdehin məhkəməyə verdiyi ifadəsində alimentlə bağlı tələbinin olmamasını da nəzərə alaraq məhkəmə, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hansı məbləğdə aliment tutulması məsələsinə münasibət bildirməmişdir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat manat məbləğində müəyyən edilmişdir “Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat manat məbləğində müəyyən edilmişdir “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən 28 mart 2026-cı il tarixli Qərara yeni 8.4-1-ci bənd əlavə edilmişdir. Həmin dəyişikliyə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında “barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT028/2024/0632AK nömrəli barışıq sazişinin alimentin ödənilməsi hissəsi təsdiq edilsin. Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,17 misli həddində (dörd uşağa görə ümumilikdə minimum əmək haqqının 0,7 misli həddində) sabit pul məbləğində aliment alınaraq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar