Məhkəmə qərarları › İş №2(071)-334/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-334/2025

05.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-334/2025 05.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında verilmiş iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli MSS/MT023/2025/-00077 saylı “Barışıq Sazişi”-nin alimentin ödənilməsi təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, ərizəçi tərəfindən irəli sürülmüş tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, işin hallarından aydın olur ki, Maraqlı şəxs və Ərizəçi ilə birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Ərizəçi əmək haqqısının 1/4 hissəsi məbləğinin ona ödənilməsinə razı olmuş, həmçinin Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X4 18 yaşları tamam olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, məhkəmə tərəfindən Ərizəçi xx.xx.2025-ci il tarixli MSS/MT023/2025/-00077 saylı “Barışıq Sazişi”-nin təsdiqi ilə bağlı verdiyi iddia ərizəsində barışıq sazişində göstərilən halların həlli icra orqanında baxılmalı olduğundan məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu səbəbdən ərizə geri qaytarılmalıdır. Ərizəçi Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya hansı məhkəməyə müraciət etməli olmasını orada göstərir. Hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə xx.xx.2025-ci il tarixli MSS/MT023/2025/-00077 saylı “Barışıq Sazişi”-nin təsdiqi ilə bağlı Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququ izah edilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar