Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-512/2024 25.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı Muradova (Rustamova) Aytən Əfrayıl qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Muradova (Rustamova) Aytən Əfrayıl qızının (Cavabdeh) “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Muradova (Rustamova) Aytən Əfrayıl qızı (Cavabdeh) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli MŞS/1/-00023 saylı “Barışıq Sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, nikahları xx.xx.2014-ci ildə Azərbaycan Respublikası Hacıqabul rayon Rəncbər kənd İnzibati Ərazi Dairəsi tərəfindən 15 nömrəli qeydlə rəsmiləşdirilmiş və bu bardə AZ-İ № 902945 saylı "X2" verilmişdir. Həmin nikahdan xx.xx.2015-ci ildə X5 və xx.xx.2018-ci ildə X3 dünyaya gəlmişdir. Cavabdeh ilə ailə münasibətləri əsaslı şəkildə kəskinləşmiş və birgə yaşamaqları artıq mümkünsüz hal almışdır. Belə ki, cavabdeh uşaqları və ailəsi ilə maraqlanmır və başqa həyat tərzi yaşayır. Cavabdeh ailə başçısı kimi ailəsi ilə maraqlanmadığı üçün faktiki olaraq onunla 4 ildən artıqdır ki, ayrı yaşayır və uşaqları onun himayəsində yaşayırlar. Cavabdeh hal-hazırda Hacıqabul rayonu Rəncbər kəndində yaşayır. Cavabdeh öz uşaqları ilə maraqlanmır və heç bir maddi köməklik göstərmir. Bu formada ailə həyatlarını qoruyub saxlamağları mümkün olmadığı üçün aralarında olan və formal xarakter daşıyan nikahın pozulması üçün Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071) - 222/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Mediasiya xidmətinə müraciət etdiyi zaman cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə razılaşaraq üzərinə öhdəlik götürmüşdür və bu barədə cavabdehlə aralarında saziş bağlanılmış və ümumi razılıq əldə olunmuşdur. Lakin hazırda borclu Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü tarixli MŞS № /1/-00023 saylı “Barışıq Sazişi” ilə üzərinə düşən öhdəliyə əməl etməyərək, onunla birgə nikahdan dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti ödəməkdən qəstən yayınaraq qəti şəkildə əməl etmir. Məhkəmə iclasında iddiaçı Muradova (Rustamova) Aytən Əfrayıl qızı ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlə razılaşıb uşaqlara hər ay 150 manat olmaqla cəmi 300 manat verilməsi barədə razılıqa gəlmişlər. Lakin cavabdeh alimenti ödəməkdən boyun qaçırır, yalnız 1 dəfə 300 manat vermişdir. Övladlarının birinin 9 yaşı digərinin isə 6 yaşı vardır. Barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında mediasiya vasitəsiə bağlanmış barışıq sazişinin şərtlərindən narazı olmadığını və alimenti dəfələrlə ödədiyini bildirdi. Əvvəllər usta kimi işləmiş, lakin indi işsiz olduğu üçün alimenti ödəyə bilmədiyini bildirdi. Artıq işə düzəlmişdir və yaxın zamanlarda alimenti ödəməyə başlayacaqdır Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Muradova (Rustamova) Aytən Əfrayıl qızı və Cavabdeh arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.2015-ci ildə X5 və xx.xx.2018-ci ildə X1 atası Cavabdeh, anası isə Muradova (Rustamova) Aytən Əfrayıl qızıdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Muradova (Rustamova) Aytən Əfrayıl qızının nikahları pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixli 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Muradova (Rustamova) Aytən Əfrayıl qızı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Rustamov X4 (Rustamova) Aytən Əfrayıl qızı ilə nikahından doğulmuş övladları - xx.xx.2015-ci ildə X5 və xx.xx.2018-ci ildə X1 yetkinlik yaşılarına çatana kimi saxlanılması üçün hər ay 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimenti Muradova (Rustamova) Aytən Əfrayıl qızına ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, uşağların saxlanılması üçün hər ay 150 manat ödənilməli olan sabit pul məbləğində aliment Cavabdeh tərəfindən vaxtı-vaxtında ödənilmir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Cavabdeh birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Muradova (Rustamova) Aytən Əfrayıl qızı və Cavabdeh arasında “barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/1/-00023 nömrəli barışıq sazişinin alimentin ödənilməsi hissəsi təsdiq edilsin. Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2015-ci ildə X5 və xx.xx.2018-ci ildə X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq Muradova (Rustamova) Aytən Əfrayıl qızına verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-512/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-512/2024
25.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver