Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-518/2023 31.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi barədə” xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin baxılmamış saxlanılması, ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında verdiyi ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(071)-518/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-518/2023
31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver