Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-53/2024 09.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2018-ci il tarixdə ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra böyük sarsıntı keçirən ailəsi, bu günə kimi ona ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Mərhum anasından onlara miras kimi qalmış evin sənədləşməsi üçün əmlak idarəsinə müraciət etdikləri zaman mərhumun ölüm haqqında şəhadətnaməsinin lazım olduğu onlara şifahi olaraq bildirmişlər. Anasının ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilmədikləri üçün məsələ ilə əlaqədar aidiyyatı orqanlara müraciət etsə də, məhkəməyə müraciət etməyini nəzərinə çatdırmışlar. Mərhum anası Hacıqabul şəhər qəbristanlığında dəfn edilmişdir. X1 xx.xx.2018-ci il tarixdə vəfat etməsini təsdiq edən kifayət qədər şahidlər də, məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi mərhum anası X5 xx.xx.2018-ci ildə vəfat etmişdir. O, A.Piriyevanın yas mərasimində və mərhumun dəfnində yaxından iştirak etmişdir. Mərhum A.Piriyeva Hacıqabul şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi mərhum anası X5 xx.xx.2018-ci ildə vəfat etmişdir. O, A.Piriyevanın yas mərasimində və mərhumun dəfnində yaxından iştirak etmişdir. Mərhum A.Piriyeva Hacıqabul şəhər qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan AZE № 08527930 və AZE №13779216 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: xx.xx.1961-ci il tarixdə, Qazı-Məmməd şəhərində doğulmuş X10 və xx.xx.1964-cü il tarixdə, Qazı-Məmməd şəhərində doğulmuş X2-Məmməd şəhərində qeydiyyatdadırlar. İş materiallarında olan mərhum X4 məxsus doğum haqqında akt qeydinə dair arayışdan görünür ki, X3 atası X7, anası X8r. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, xx.xx.1932-ci il tarixdə doğulmuş X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-36- 2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1932-ci il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X5 ərizəçinin anasıdır. X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasının adına olan daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1932-ci il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1932-ci il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-53/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-53/2024
09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver