Məhkəmə qərarları › İş №2(071)-532/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-532/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-532/2025 10.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək övladı xx.xx.1990-cı il təvəllüdlü X3 xx.xx.1991-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X10 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və hazırda ondan miras qismində qalan əmlakın vərəsəlik qaydasında qəbul edilməsinə zərurət yaranmışdır. Lakin mərhum Nazim İsmayılova xx.xx.1990-cı il tarixdə anadan olmuş övladı X3 ölümü qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadığından sözügedən hüququn realizəsi mümkün olmamışdır. Belə ki, Nurxanım İsmayılova doğulduqdan təxminən 6 (altı) ay sonra ev şəraitində vəfat etmiş, amma bu barədə tibbi şəhadətnamə alınmamışdır. Hazırda sözügedən prosedurun icrası qeyrimümkün olduğundan həmin şəhadətnamənin əldə olunması və ölümün dövlət qeydiyyatının inzibati icraat qaydaları çərçivəsində həyata keçirilməsi imkan xaricindədir. Odur ki, övladı xx.xx.1990-cı il təvəllüdlü X3 xx.xx.1991-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirir ki, mərhum övladı xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.1991-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ev şəraitində xəstəliyi ilə bağlı vəfat etmişdir. Hazırda miras qismində qalan əmlakın vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı problem yarandığından ölüm faktının məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Çünki digər orqanlara ölüm faktının müəyyən edilməsi ilə bağlı müraciəti hər hansı nəticə verməmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Övladını Atbulaq kənd qəbirstanlığında dəfn etsələr də, onun ölüm faktı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-191-2025 saylı məktubda qeyd edilmişdir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında üzrlü səbəbdən şöbənin nümayəndəsi iştirak edə bilməyəcəyindən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5-8-43-2025 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü X3 ölümü haqqında akt qeydinin aşkarlanması məqsədi ilə “Vətəndaşlıq vəziyyəti akları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparılmış, lakin qeyd olunan şəxs barəsində ölüm haqqında qeyd aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının Dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan Hacıqabul rayon Atbulaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 53 nömrəli arayışdan müəyyən edilmişdir ki, Ərizəçi övladı X6 1991ci ildə Hacıqabul rayonunun Atbulaq kəndində vəfat etmiş və Atbulaq kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon Atbulaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 187 nömrəli arayışdan müəyyən edilmişdir ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək Ərizəçi onun himayəsində və birgə yaşamışdır. X10 vəfat edənədək ailə üzvləri - xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi (həyat yoldaşı); xx.xx.1990cı il təvəllüdlü X6 - vəfat edib; xx.xx.1992-ci il təvəllüdlü X8; xx.xx.1993-cü il təvəllüdlü X11 - xx.xx.1993-cü ildə vəfat edib; xx.xx.1994-cü il təvəllüdlü X12; xx.xx.1996-cı il təvəllüdlü X13; xx.xx.2005-ci il təvəllüdlü X5 ibarət tərkibdə olmuşdur. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı, 531107 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1990-cı il tarixli, XV-ЖГ seriyalı, 417168 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuşdur. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, mərhum X2 rayonu Atbulaq kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə görünən məzarın X4 məxsus olduğu, sonuncunun 1991-ci ildə, yəni doğulduqdan 6 ay sonra dünyasını dəyişməsi və Hacıqabul rayonu, Atbulaq kəndində dəfn olunması aktı tərtib edən Şahid1, Şahid3 və G.Gülputa tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə qonşudur. 1980-ci ildən etibarən Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X6 xx.xx.1990-cı il tarixdə anadan olmuş, 1 yaşı olmadan, yəni xx.xx.1991-ci il tarixdə Hacıqabul rayonun Atbulaq kəndində vəfat etmişdir. X3 dəfn mərasimində iştirak etmiş, sonuncunun meyitinin yuyulması prosesini şəxsən özü həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Ərizəçi ilə qonşudur. Uzun müddətdir ki, Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X6 xx.xx.1990-cı il tarixdə anadan olmuş, xx.xx.1991-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində vəfat etmişdir. X3 dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Ərizəçi onun həm qaynatasının bacısı qızı, həm də qonşudur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X6 xx.xx.1990-cı il tarixdə anadan olmuş, xx.xx.1991-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində vəfat etmişdir. 1991-1993-cü illərdə ərizəçinin 2 övladı vəfat etmiş, onlardan biri X6 olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü X3 xx.xx.1991-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X3 xx.xx.1991-ci ildə Hacıqabul rayonun Atbulaq kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar