Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-557/2023 18.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında aliment ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli 00699 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, 00699 nömrəli barışıq sazişinə əsasən Cavabdeh hər ay birgə nikahdan doğulmuş övladları - xx.xx.2010-cı il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Lakin, Cavabdeh barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi əməl etmir, ona hər ay ödəyəcəyi aliment məbləğini ödəməkdən yayınır. Ərizəçi İddiaçı yazılı şəkildə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh izahatında bildirdi ki, o alimenti ödəməkdən yayınmır, maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmişdir. Lakin, alimenti bu aydan etibarən ödəyəcəkdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsinə razı deyil. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, İddiaçı və Cavabdeh arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, 00699 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, 023/2023-00699 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh hər ay İddiaçı ilə birgə nikahından doğulmuş övladı - xx.xx.2010-cı il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 nun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimenti ödəməyə razılaşmışdır. İş materialları ilə müəyyən olunur ki, uşaqların saxlanılması üçün hər ay 240 manat ödənilməli olan sabit pul məbləğində aliment 2 aydır ki, Cavabdeh tərəfindən ödənilmir. Cavabdeh alimenti ödəməməsinin səbəbini maddi imkanının olmaması ilə əlaqələndirmişdir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Cavabdeh birgə nikahdan doğulmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında aliment ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, 023/2023-00699 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2023-cü il tarixli, 023/2023-00699 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2010-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(071)-557/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-557/2023
18.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver