Məhkəmə qərarları › İş №2(071)-562/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-562/2023

22.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-562/2023 22.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Borclu) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı (maraqlı şəxs Borclu) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Borclu arasında aliment ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli 00556 nömrəli barışıq sazişinin təsdiq edilməsi və yaranmış 965 manat aliment borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək izahatında bildirdi ki, Borclu ilə onun arasında barışıq sazişi bağlanmış, sazişə əsasən Borclu birgə nikahdan doğulmuş övladları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Borclu bugünədək aliment borcundan heç bir ödəniş etməmişdir. Onun 965 manat aliment borcu yaranmışdır. Odur ki, ərizəsinin təmin edilməsini, onlar arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı və Borclu arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli, 00556 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallında olan şəxsiyyət vəsiqəsinə dair məlumatdan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. İş materiallarında olan İddiaçı və Borclu arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 00556 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Borclu İddiaçı ilə birgə nikahından doğulmuş övladı - xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimenti ödəməyə razılaşmışdır. Məhkəmə iclasında ərizəçi izahatından müəyyən olundu ki, uşağın saxlanılması üçün hər ay 193 manat ödənilməli olan sabit pul məbləğində aliment 5 aydır ki, Borclu tərəfindən İddiaçı ödənilmir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Borclu birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı ərizəsində həmçinin yaranmış 965 manat borcun borclu şəxsdən alınaraq ona verilməsini də istəmişdir. Lakin, məhkəmə ərizəçiyə izah edir ki, barışıq sazişi təsdiq edildikdən sonra həmin saziş üzrə yaranmış bütün aliment borcunun borcludan alınıb ona ödənilməsi qətnamənin icrası mərhələsində həll olunacaqdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İddiaçı və Borclu arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 00556 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il tarixli, 00556 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Borclu hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar