Məhkəmə qərarları › İş №2(071)-567/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-567/2025

24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-567/2025 24.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək övladı xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.1994-cü ildə Hacıqabul rayonun Talış kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1960-cı il təvəllüdlü Səfərov X9 rayonunun Talış kəndində qeydiyyatda olmaqla orada yaşayır. X3 ilə rəsmi nikahından xx.xx.1986-cı ildə X10 adlı övladı doğulmuş, həmin övladı xx.xx.1994-cü ildə Hacıqabul rayonunun Talış kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində vəfat etmiş və mərhumu Kolanı kənd qəbristanlığında dəfn etmişlər. Ərizəçi və onun ailə üzvlərinə AİK komissiyasının qərarı əsasında onların xüsusi mülkiyyətinə torpaq sahəsi verilmişdir. Halhazırda həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması üçün, digər zəruri sənədlərlə yanaşı mərhumun ölüm haqqında şəhadətnaməsi tələb edilir. Həmin sənədin əldə edilməsi üçün ərizəçi aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etmiş, oradan müvafiq imtina məktubu verilmişdir. Hal-hazırda ərizəçi mərhum oğlu xx.xx.1986-cı ildə Sabirabad rayonunda anadan olmuş X7 müvafiq ölüm haqqında şəhadətnamə ala bilmir. Odur ki, məcburiyyət qarşısında qalıb xx.xx.1986-cı ildə Sabirabad rayonunda anadan olmuş X4 xx.xx.1994-cü il tarixdə Hacıqabul rayonunun Talış kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirir ki, mərhum övladı xx.xx.1986-cı il təvəllüdlü X10 xx.xx.1994-cü ildə Hacıqabul rayonun Talış kəndində ev şəraitində xəstəliyi ilə bağlı vəfat etmişdir. Hazırda torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün mərhumun ölüm haqqında şəhadətnaməsi ilə bağlı çətinlik yaranmışdır. Belə ki, digər orqanlara ölüm faktının müəyyən edilməsi ilə bağlı müraciəti hər hansı nəticə verməmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək onun iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-51-2024 nömrəli məktubdan görünür ki, 1986-cı il təvəllüdlü X4 ölümü haqqında akt qeydinin aşkarlanması məqsədi ilə “Vətəndaşlıq vəziyyəti akları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparılmış, lakin qeyd olunan şəxs barəsində ölüm haqqında qeyd aşkar olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının Dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyətinin Talış kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 49 nömrəli arayışdan müəyyən edilmişdir ki, Səfərov X9 rayon Talış kəndində qeydiyyatda olmaqla orada yaşayır. İş materiallarında olan xx.xx.1985-ci il tarixli, İİİ-ЖГ seriyalı, 405340 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi və X8 xx.xx.1986-cı il tarixdə 56 nömrəli akt qeydi ilə nikah bağlayaraq ailə münasibətlərinə daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1986-cı il tarixli, Xİ-ЖГ seriyalı, 456765 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 xx.xx.1986-cı il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Ata qrafasına onun atası Ərizəçi, ana qrafasına isə anası X6 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 377107 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 (ərizəçinin arvadı) xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 318 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Hacıqabul Rayon Mərkəzi X18 Şəxsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 219 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi mərhum oğlu - xx.xx.1986-cı il təvəllüdlü X4 ölümü haqqında Hacıqabul RMX PHŞ-də heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X15” PHŞ-in Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 7 nömrəli məktubdan müəyyən edilir ki, X4 Hacıqabul Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsində ölümü haqqında hər hansı bir müraciət və qeydiyyat aparılmamışdır. İş materiallarında olan Hacıqabul rayon Abdulabad Bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 06 nömrəli arayışdan müəyyən edilmişdir ki, Ərizəçi övladı X10 xx.xx.1994-cü ildə vəfat etmiş və o, Hacıqabul rayon Kolanı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, mərhum X2 rayonu Kolanı kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun başdaşında adı, soyadı, ata adı, doğulduğu və vəfat etdiyi tarix haqqında məlumatlar qeyd edilmişdir. Həmin məlumatlara əsasən ölüm tarixi xx.xx.1994-cü il qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisi oğludur. xx.xx.1986-cı il təvəllüdlü X10 anadangəlmə əqli cəhətdən qüsurlu və xəstə doğulduğundan xx.xx.1994-cü il tarixdə Hacıqabul rayonun Talış kəndində xəstəliyi ilə bağlı vəfat etmişdir. Mərhum ölümündən sonra el adəti ilə Hacıqabul rayonu Kolanı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisi oğludur. Ərizəçinin 3 övladı olmaqla, onlarda ikisi vəfat etmişdir. Vəfat edən övladlarından biri olan xx.xx.1986-cı il təvəllüdlü X10 əqli cəhətdən qüsurlu və xəstə olduğundan xx.xx.1994-cü ildə Hacıqabul rayonun Talış kəndində vəfat etmişdir. Mərhum Hacıqabul rayonu Kolanı kənd qəbirstanlığında dəfn edilmişdir. Digər övladı da anadangəlmə qüsurlu olduğundan vəfat etmiş, lakin onun ölüm aktı qeydiyyata alınması üçün rəsmiləşdirmə işləri aparılmışdır. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.1994-cü ildə Hacıqabul rayonun Talış kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.1994-cü ildə Hacıqabul rayonun Talış kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar