Məhkəmə qərarları › İş №2(071)-577/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-577/2023

25.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-577/2023 25.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında aliment ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-cü il tarixli 00952 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o maraqlı şəxs Cavabdeh ilə qeyri rəsmi nikah münasibətlərinə girib evlənmişdir. Nikahlarını isə bu günə kimi qeyd etdirməmişdir. Onların qeyri rəsmi nikahından xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı üç uşaqları doğulmuşdur. Onlar həmin müddətdə mehriban olduğu üçün maraqlı şəxs Cavabdeh uşaqlarına atalıq vermişdir. Maraqlı şəxs Cavabdeh ilə bir müddət mehriban yaşasalarda sonradan aralarında olan münasibət pisləşməyə başlayıb. Belə ki, o uşaqına maddi yardım göstərmədiyi üçün İddiaçı məcbur olub, aidiyyatı üzrə mediatora müraciət edib. Onlar mediatorun köməkliyi ilə xx.xx.2022-ci il tarixdə, 00952 nömrəli barışıq sazişi bağlamışlar ki, xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay, bir uşağa görə 60 manat, cəmi 180 manat sabit pul məbləğində aliment İddiaçı verilməsi təsdiq edilmişdir. Orada qeyd edilmişdir ki, İddiaçı həmin məbləğlə tam razıdır. Lakin barışıq sazişinin imzalandığı vaxtdan, sonra 2 ay ödəniş etsədə, sonradan hal-hazırkı günə kimi xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2014cü il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün aliment ödəmir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahatında bildirdi ki, o alimenti ödəməkdən qəsdən yayınmır, əmək haqqı az olduğu zamanlar alimenti ödəyə bilməmişdir. Barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı və Cavabdeh arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli, 00952 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2014- cü il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli, 00952 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh hər ay İddiaçı ilə qeyri rəsmi nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimenti ödəməyə razılaşmışdır. İş materialları ilə müəyyən olunur ki, uşaqların saxlanılması üçün hər ay 180 manat ödənilməli olan sabit pul məbləğində aliment 3 aydır ki, Cavabdeh tərəfindən ödənilmir. Cavabdeh alimenti ödəməməsinin səbəbini maddi imkanının olmaması ilə əlaqələndirmişdir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Cavabdeh qeyri rəsmi nikahdan doğulmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli, 00952 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il tarixli, 00952 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 180 (yüz səkksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar