Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-611/2025 16.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası - 1936-cı il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu Talış kəndində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxxxxx 1968-ci ildə anadan olmuş və Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olmaqla yaşayır. Mərhum atası X8 1936-cı ildə Sabirabad rayonunun Talış kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla orada yaşamışdır. xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonunun Talış kəndində yerləşən fərdi yaşayış evində ümumi xəstəlikdən vəfat etmiş və Hacıqabul rayon qəbirstanlığında dəfn edilmişdir. Hazırda mərhum atası X5 ölüm şəhadətnaməsi tələb edilir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum atası 1936-cı il təvəllüdlü X8 vəfat etdikdən sonra sarsıntı keçirdiyi üçün heç bir sənədləşmə işləri aparmamışdır. Mərhum atası 1936-cı il təvəllüdlü X4 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, 1936-cı il təvəllüdlü X8 1997-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-235- 2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1997-ci il tarixdə vəfat etmiş 1936cı il təvəllüdlü X4 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 415 nömrəli arayışdan müəyyən edilir ki, onun atası 1936-ci il təvəllüdlü X4 ölümü haqqında Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ-də heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, Ərizəçi onun qardaşının qaynıdır. Əbülfəzin atası Kamil 1997-ci ilin yay aylarında xəstəlikdən vəfat edib. Kamil Hacıqabul rayonu Talış kənd məzarlığında dəfn edilib. Kamilin dəfn və yas mərasimində qohumu olaraq iştirak etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Ərizəçi onun qaynıdır. Əbülfəzin atası Kamil isə qaynatası olmuşdur. Mərhum qaynatası 1997-ci ilin yay aylarında xəstəlikdən vəfat etmişdir. Kamil Hacıqabul rayonu Talış kənd məzarlığında dəfn edilmişdir. Kamilin dəfn və yas mərasimində o da iştirak etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Ərizəçi onun qonşusu olub. Əbülfəzin atası Kamili də tanıyır. Kamil 1997-ci ilin yay aylarında xəstəlikdən vəfat edib və Talış kənd məzarlığında dəfn edilmişdir. Kamilin dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1936-cı il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu Talış kəndində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X8 ərizəçinin atasıdır. 1936-cı il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu Talış kəndində vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X4 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 1936-cı il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu Talış kəndində ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası - 1936-cı il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu Talış kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə 1936-cı il təvəllüdlü X4 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-611/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-611/2025
16.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver