Məhkəmə qərarları › İş №2(071)-637/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-637/2024

17.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-637/2024 17.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Ərizəçi Şamil qızının maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi Şamil qızı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri xx.xx.1986-cı il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X7 25 may 1986-cı ildə anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamışdır. 26 dekabr 2023-cü il tarixdə mərhum X1 qeydiyyatda olduğu və yaşadığı fərdi yaşayış evində vəfat etdikdən sonra, o Hacıqabul rayonu, Rəncbər kənd qəbirstanlığında dəfn edilmişdir. Onların rəsmi nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 onun himayəsində olmaqla yaşayırlar. X1 vəfat etdikdən sonra himayəsində olan uşağının saxlanması üçün pensiya almaq istəsə də, ondan mərhum əri X3 ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Ona görə o, aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 3-16-5/8-05-2024 nömrəli məktubunda bildirilib ki, mərhum ərinin ölüm haqqında feldşer arayışı təqdim edilməlidir. O ərizə ilə Hacıqabul rayon Mərkəzi Xəstəxənası PHŞ və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin Hacıqabul rayon şöbəsinə müraciətlər etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin Hacıqabul rayon şöbəsindən imtina edilmiş və digər Hacıqabul rayon Mərkəzi Xəstəxənası PHŞ-dən isə ümumiyyətlə cavab verməmişdir. Mərhum əri 25 may 1986-cı il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə ünvan 1-də vəfat etmiş, Hacıqabul rayonu Rəncbər kənd qəbirsanlığında dəfin edilmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb 25 may 1986-cı il təvəllüdlü mərhum əri X3 xx.xx.2023-cü il tarixdə ünvan 1-də ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki ərizə yolverilməz olduğuna görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin prosessual normanın tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktı hər bir halda deyil, həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə etmək mümkün olmadıqda, müəyyən edə bilər. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin məktubundan müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixdə öz yaşadığı evdə özünü asaraq öldürmüşdür. Həmin hadisə ilə əlaqədar Hacıqabul rayon porkurorluğu tərəfindən meyitin müayinəsi üçün qərar verilmədiyindən və meyitin daxili müayinəsi aparılmadığına görə X2 ölümü ilə əlaqədar ölüm şəhadətnaməsi verilməsi mümkün olmamışdır. Ərizəyə əlavə edilmiş Hacıqabul rayon prokurorluğunun müstəntiqi Sevinc Şıxəliyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 16:45 radələrində ünvan 2 ünvanında yaşayan X2 yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin tavanından özünü asaraq intihar etməsi faktı üzrə araşdırma aparılmış və nəticədə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan həmçinin müəyyən edilir ki, Məhkəmə-Tibb Ekspertiza və X4 PHŞ-nin Hacıqabul rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli X2 meyitinin xarici müayinə aktında meyitin boyun nahiyyəsinin orta 1/3 hissəsində 40x1,5x0,2sm ölçüdə tünd bənövşəyi rəngli stranqulyasiya şırımının aşkar olunduğu qeyd olunmuşdur. Qərarla mərhumun intihar etməsi faktında cinayət hadisəsi aşkar edilməmişdir. Beləliklə ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ərizəçinin əri ünvan 2 ünvanında yaşamış X6 xx.xx.2023-cü il tarixdə saat 16:45 radələrində intihar etmişdir. Faktla bağlı aidiyyəti üzrə prokurorluq orqanında araşdırma aparılmışdır. Hətta araşdırma zamanı mərhumun meyiti tibb eksperti tərəfindən xarici müayinə edilərək akt tərtib edilmişdir. Dolayısı ilə şəxsin ölməsi faktı qanuni qüvvədə olan qərarla müəyyən edilmiş hesab olunur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; zorakı ölümə şübhə olduğu hallarda; ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.5-ci bəndinə əsasən ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. X8 9.2-ci bəndində isə qeyd olunur ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəbdən alınması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə AR MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər AR MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd edilən qanunvericilik normaları və Ali Məhkəmənin Plenum qərarındakı tövsiyyəyə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, ölüm haqqında şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edildikdə isə həmin tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırılmalıdır. Hazıri ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə öz yaşadığı ünvanda özünü asaraq vəfat etmiş və onun meyiti məhkəmə-tibb eksperti tərəfindən xarici müayinə olunmuşdur. Dolayısı ilə mərhumun ölməsi faktı müəyyən edilmişdir. Belə olan vəziyyətdə, tibbi şəhadətnamənin verilməsindən əsassız imtina edilməsi halında isə aidiyyəti Şirvan İnzibati Məhkəməsinə müraciət edilməlidir. Məhkəmə qeyd edir ki, Ərizəçi Şamil qızı iddia tələbini müvafiq inzibati məhkəmədə “Tibbi şəhadətnamə verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” şəklində irəli sürməlidir. Mövcud vəziyyətdə ölüm faktının hüquqi əhəmiyyəti olan fakt kimi ümumi məhkəmədə müəyyən edilməsi mümkün deyil. Çünki, hüquqi əhəmiyyəti olan fakt kimi şəxsin ölməsi faktı ümumi məhkəmə tərəfindən o halda müəyyən edilə bilər ki, həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə etmək mümkün olmasın (MPM 308). Ərizəyə əlavə edilmiş sənədlərlə açıq aydın görünür ki, Famil Abuzərov məlum vaxtda və şəraitdə, xx.xx.2023-cü il tarixdə yaşadığı intihar edərək evdə ölmüşdür. Mərhumun meyiti isə Məhkəmə-Tibb Ekspertiza və X4 PHŞ-nin Hacıqabul rayon şöbəsi tərəfindən xarici müayinə edilməklə akt tərtib edilmiş və meyitin boyun nahiyyəsinin orta 1/3 hissəsində 40x1,5x0,2sm ölçüdə tünd bənövşəyi rəngli stranqulyasiya şırımının aşkar olunmuşdur. Mərhumun intihar etməsi faktında cinayət hadisəsi aşkar edilmədiyindən müvafiq olaraq rayon prokurorluğunun qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda, onun ölümü haqqında tibbi şəhadətnaməni Məhkəmə-Tibb Ekspertiza və X4 PHŞ-nin Hacıqabul rayon şöbəsi və ya aidiyyəti tibb müəssisəsi tərəfindən verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Şamil qızının (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi”nə dair xüsusi icraat qaydasında verdiyi ərizəsi yolverilməz olduğuna görə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi Şamil qızına izah edilsin ki, mərhum X2 ölümü haqqında tibbi şəhadətnamənin əldə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibb Ekspertiza və X4 PHŞ-nin Hacıqabul rayon şöbəsinə və ya aidiyyəti tibb müəssisəsinə müraciət etməli, onun müraciətindən imtina edildikdə isə həmin müəssisələrə qarşı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2024-cü il tarixli, **********14 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi Şamil qızına qaytarılsın Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar