Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-648/2022 15.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1982-ci ildə Hacıqabul rayonu Ağacanlı kəndində doğulmuş X4 xx.xx.2006-cı il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə Maraqlı şəxs kimi göstərmişlər. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, onun qardaşı X9 xx.xx.1982-ci ildə Hacıqabul rayonu Ağacanlı kəndində doğulmuşdur. X9 xx.xx.2006-cı il tarixdə Şirvan kanalında suda boğularaq ölmüşdür. X6 Hacıqabul rayonu Ağacanlı kənd qəbristanlığında dəfn etmişlər. Həmin vaxt böyük sarsıntı keçirdiklərinə görə qardaşı X7 ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçiin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi və X9 onun dayısı oğlanlarıdır. X9 xx.xx.2006-cı il tarixdə Şirvan kanalında boğularaq ölmüşdür. O, dayısı oğlu X4 yas mərasimində iştirak etmişdir. X6 Hacıqabul rayon Ağacanlı kənd qəbristanlığında dəfn etmişlər. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi və X9 onun dayılarıdır. X2 xx.xx.2006-cı il tarixdə Şirvan kanalında boğularaq ölmüşdür. Həmin vaxt X4 24 yaşı olmuşdur. X1 rayon Ağacanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Hacıqabul rayonu Ələtli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 47 nömrəli arayışdan müəyyən edilir ki, Hacıqabul rayonu Ağacanlı kəndində yaşamış X9 onlarda olan şifahi məlumatlara əsasən xx.xx.2006-cı il tarixdə suda boğularaq vəfat etmişdir. Qəbir daşının fotoşəkilindən müəyyən edilir ki, X9 1982-ci ildə doğulmuş və 2006-cı ildə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 nömrəli arayışdan müəyyən edilir ki, xx.xx.1982-ci ildə Hacıqabul rayonu Ağacanlı kəndində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidlərin ifadələrindən, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, Ərizəçi qardaşı xx.xx.1982-ci ildə Hacıqabul rayonu Ağacanlı kəndində doğulmuş X9 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir və Hacıqabul rayonu Ağacanlı kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə Hacıqabul rayonu Ağacanlı kəndində doğulmuş X4 xx.xx.2006-cı il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. xx.xx.1982-ci il təvəllüdlü X4 adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-648/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-648/2022
15.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver