Məhkəmə qərarları › İş №2(071)-664/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-664/2025

16.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-664/2025 16.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı - xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1963-cü ildə Qazı- Məmməd şəhərində anadan olmuş və hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, xx.xx.1991-ci il tarixdə X2 ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, onıların rəsmi nikahından xx.xx.1992-ci il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmiş və 4 ay sonra dünyasını dəyişmişdir. Hal-hazırda Hacıqabul rayonununda ona aid olan torpaq sahəsi üzrə sənədləşmə ərəfəsindədir, lakin azyaşlı X3 1992-ci il rəhmətə getdiyinə baxmayaraq adı siyahıda görsənir və qeyd olunan problemə görə sənədləşməni edə bilmir. Bundan sonra o, məcbur olub aidiyyəti üzrə müraciət və ərizələr yazaraq mərhum qızı X1 ölüm haqqında şəhadətnaməsini axtarmışdır. Maraqlı şəxs tərəfindən verilmiş arayışda bildirilmişdir ki, X8 1992-ci ildə vəfat etməsi barədə akt qeydi aşkar edilməmişdir. Odur ki, xx.xx.1992-ci il təvəllüdlü X1 Qazı-Məmməd rayonunda "ölümün qeyd olunması faktının" müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum övladı xx.xx.1992-ci il təvəllüdlü X3 vəfat etdikdən sonra sarsıntı keçirdiyi üçün heç bir sənədləşmə işləri aparmamışdır. Mərhum övladı xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X3 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-78- 2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1992-ci il tarixdə vəfat etmiş xx.xx.1992-ci il təvəllüdlü X1 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, Ərizəçi onun qohumudur. Onun övladı xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda vəfat etmişdir. Mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Ərizəçi baldızıdır. Onun övladı xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda vəfat etmişdir. Mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Ərizəçi qaynıdır. Onun övladı xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda vəfat etmişdir. Mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1992-ci il təvəllüdlü X3 ərizəçinin övladıdır. xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X1 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi övladı - xx.xx.1992-ci il təvəllüdlü X1 xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1992-ci il təvəllüdlü X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar