Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-672/2024 16.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı XX.XX.1958-ci il təvəllüdlü X1 XX.XX.1958-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1951-ci ildə anadan olmuş və hal-hazırda Hacıqabul şəhəri, M.Müşviq küçəsi, ev 11-də qeydiyyatda olmaqla orada yaşayır. XX.XX. 1958-ci il təvəllüdlü X4 onun bacısıdır. Hal-hazırda atasından qalan miras əmlaka qanun üzrə vərəsəlik işi açılmış və həmin işdə mərhum bacısı XX.XX. 1958-ci il təvəllüdlü X1 adı həmin vərəsəlik işin göründüyü üçün onun ölüm şəhadətnaməsi ondan tələb olunmuşdur. Qeyd edir ki, mərhum bacısı XX.XX. 1958-ci il təvəllüdlü X4 hal-hazırda yaşadığı fərdi yaşayış evində XX.XX.1958-ci il tarixdə, yəni doğulduqdan 1 gün sonra həmin evdə vəfat etmiş, Hacıqabul şəhər Qəbirstanlığında dəfin edilmişdir. Həmin vaxt valideyinləri mərhum bacısına ölüm haqqında şəhadətnaməni bu günə kimi almamışlar. Bununla bağlı, mərhum bacısı XX.XX. 1958-ci il təvəllüdlü X2 müvafiq şəhadətnamənin alınması üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən 21 yanvar 2024-cü il tarixli, 3-16-5/8-19-2024 nömrəli məktubunda bildirilmişdir ki, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəsinə əlavə etdiyi foto şəkillər və arayışdan görünür ki, mərhum bacısı XX.XX. 1958-ci il təvəllüdlü X4 XX.XX. 1958-ci il tarixdə vəfat etmiş və o, Hacıqabul şəhər qəbirstanlığında dəfin edilmişdir. Odur ki, XX.XX. 1958-ci il təvəllüdlü X1 XX.XX. 1958-ci il tarixdə Hacıqabul şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X7 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini və mərhum bibisi XX.XX. 1958-ci il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, mərhumun qonşusu olmuşdur. X4 xəstə idi və sonradan vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, mərhum X4 öləndə onun 5-6 yaşı var imiş. Mərhum onun bacısı olduğunu və xəstə olub öldüyünü bildirdi. İş materiallarında olan AZE № 09301264 və AA № ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: xx.xx.1952-ci il təvəllüdlü X5 və xx.xx.1953-cü il təvəllüdlü X6 olmuşdur. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, XX.XX.1958-ci il təvəllüdlü X4 XX.XX.1958-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçina ünvanlanmış 3-16-5/8-19- 2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, XX.XX.1958-ci il tarixdə vəfat etmiş X1 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, XX.XX.1958-ci il təvəllüdlü X1 XX.XX.1958-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X4 ərizəçinin bacısıdır. X4 XX.XX.1958-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X1 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasının adına olan daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və XX.XX.1958-ci il təvəllüdlü X1 XX.XX.1958-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1958-ci il təvəllüdlü X1 XX.XX.1958-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-672/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-672/2024
16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver