Məhkəmə qərarları › İş №2(071)-678/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-678/2024

10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-678/2024 10.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nun ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Zəruri olan sənədlər toplusunu təqdim etdikdə X4nun atası (babası) X3 ölüm haqqında şəhadətnamə təqdim olunması bildirilmişdir. Ölüm haqqında şəhadətnamə olmadığından ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hacıqabul rayon VVAQ şəbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hacıqabul rayon VVAQ şöbəsinin xx.xx.2024-cü il tarixli 3.16-5/7-16.2024 saylı məktubuna əsasən xx.xx.1991-ci ildə vəfat edən X1nun ölüm aktı qeydinin aşkar edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında qeydin aşkar olunmaması bildirilmişdir. X1 xx.xx.1991-ci il tarixində Hacıqabul rayonu Navahı kəndində vəfat etmiş və qohumları ilə birlikdə həmin kəndin qəbirstanlığında dəfn edilmişdir Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, atasına məxsus evi qardaşının adına keçirmək istəmişdir. Lakin babasının ölüm haqqında sənədi olmadığı üçün evi sənədləşdirə bilməmişdir. Ərizəsinin təmin edilməsi X1nun ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, X7 onun tarix müəllimi olmuşdur. T.Babayev xx.xx.1991-ci ildə vəfat etmişdir və Nəvahi kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, X7 onun dayısı olmuşdur. T.Babayev xx.xx.1991-ci ildə vəfat etmişdir. İş materiallarında olan AZE № 08526690 və AZE № 03900245 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: xx.xx.1955-ci il tarixdə, Salyan rayonunda doğulmuş X8 və xx.xx.1954-cü il tarixdə, Salyan rayonunda X2 doğulmuşdur. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, 1931-ci il təvəllüdlü X7 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/7-16- 2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X3 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1931-ci il təvəllüdlü X3 xx.xx.1991-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X7 ərizəçinin babasıdır. X7 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasının adına olan daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 1931-ci il təvəllüdlü X3 xx.xx.1991-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1931-ci il təvəllüdlü X3 xx.xx.1991-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar