Məhkəmə qərarları › İş №2(071)-679/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-679/2023

22.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-679/2023 22.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Borclu iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Borclu) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Borclu) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Borclu arasında aliment ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli 00922 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o maraqlı şəxs Borclu ilə qeyri rəsmi nikah münasibətlərinə girib evlənmişdir. O, aliment tələbi ilə əlaqədar Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət edərək və xx.xx.2023-cü il tarixdə mediator Aynur Əsədovanın, onun və Borclu razılaşmasına əsasən xx.xx.2023-cü il tarixli, MŞS/MT 023/2023-00922 saylı "Barışıq Sazişi" tərtib edilmişdir. Barışıq sazişinə əsasən, Borclu ona xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı iki övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Borclu xx.xx.2023-cü il tarixli, MŞS/MT 023/2023-00922 saylı "Barışıq Sazişi" ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, ona hər ay ödəyəcəyi aliment məbləğini ödəməkdən yayınır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Borclu izahatında bildirdi ki, ərizəni qəbul etdiyini və vaxtı- vaxtında aliment ödəyəcəyini bildirdi. Barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Borclu arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli 00922 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 atası Borclu, anası Ərizəçidır. İş materiallarında olan Ərizəçi və Borclu arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli 00922 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Borclu hər ay Ərizəçi ilə qeyri rəsmi nikahından doğulmuş övladları - xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimenti ödəməyə razılaşmışdır. İş materialları ilə müəyyən olunur ki, uşaqların saxlanılması üçün hər ay 160 manat ödənilməli olan sabit pul məbləğində aliment Borclu tərəfindən vaxtı-vaxtında ödənilmir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Borclu qeyri rəsmi nikahdan doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Borclu arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli 00922 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2023-cü il tarixli 00922 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi verilməlidir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar