Məhkəmə qərarları › İş №2(071)-68/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-68/2022

29.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-68/2022 29.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülərək təhvil verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair dövlət aktı qeydiyyatı kitabında 22 fevral 2005-ci il tarixdə 0102 nömrə ilə onun adına qeydiyyatı aparılmış Hacıqabul rayonu İİ Udulu kəndində yerləşən 3,29 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinin 50 sot hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-636/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/1511 nömrəli tikinti-texniki ekspertizanın aparılmasından imtina edilmişdir. İddiaçı mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqını ödəməkdən imtina etmişdir. Bu səbəbdən mütəxəssis rəyi və ekspert rəyinin verilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-68/2021 nömrəli qərardadı ilə İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxışı xx.xx.2022-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiçı İddiaçı oğlunun iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülərək təhvil verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar