Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-709/2025 16.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024- 00101 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2003-cü il tarixdə, 594 nömrəli akt qeydi ilə Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasa da, sonradan cavabdehin ailəyə olan münasibəti dəyişdiyindən münasibətləri pisləşmiş, ailə münasibətlərinə faktiki olaraq son qoymuşdur. Onunla Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00101 saylı barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Bu barədə dəfələrlə maraqlı şəxsə müraciət etsə də, vəd verməsinə baxmayaraq, real olaraq icra etmir. Maraqlı şəxs barışıq sazişini icra etməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi xx.xx.2025-ci il tarixində məhkəməyə teleqram ünvanlamış, həmin teleqramlarda üzrlü səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Odur ki, məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəfdən Ərizəçi ilə ikinci tərəfdən Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00101 saylı barışıq sazişindən görünür ki, 1. “Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs X1 işləmədiyi müddətdə, birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüldü X2 ali təhsilini bitirib hərbi xidmətini başa vuranadək, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ayın 10-cu günü ümumilikdə 700 manat məbləğində aliment ödəməyi və övladlarının təminatı məqsədi ilə aylıq ərzaq təminatını alaraq hər ayın 10-cu günü ərzaqları Ərizəçi təhvil verməyi öz öhdəliyinə götürür. 2. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs işləmədiyi müddətdə ona hər ay ödəyəcəyi alimentin miqdarı və aylıq ərzaq təminatını alması barədə öhdəliyi ilə razıdır. 3. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi işlədiyi təqdirdə ona verilən ərzaq təminatını dayandıraraq sadəcə 700 manat məbləğində aliment ödəməyi, övladı X7 ali təhsilini bitirib hərbi xidmətini başa vurduqdan sonra isə hər ayın 10-cu günü cəmi 500 manat aliment ödəməyi öz öhdəliyinə götürür. 4. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs işlədiyi müddətdə ona ödəyəcəyi alimentin miqdarı və şərtləri ilə razıdır. 5. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi olan 4000 manat məbləğində borcunu 2024-cü ilin aprel ayının 20-dək qaytarmağı öz öhdəliyinə götürür. 6. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs ona olan 4000 manat borcunu qaytarması barədə götürdüyü öhdəlik ilə razıdır. 7. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi və onunla birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yaşamaları üçün Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ona məxsus olan torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evini onlara yaşamaları üçün və həmin evin həyətyanı sahəsində özü üçün inşa etdiyi kiçik otağa istədiyi vaxt daxil olub orada uşaqları ilə ünsiyyət saxlamaq şərti ilə təhvil verir və onların həmin ünvanda yaşamalarına heç bir maneəçilik törətməyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 8. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs o, və birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 birlikdə yaşamaqları üçün onlara təhvil verdiyi evin şərtləri və Maraqlı şəxs üzərinə götürdüyü öhdəlik ilə razıdır. 9. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs heç bir şikayəti və tələbi yoxdur. 10. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi heç bir şikayəti və tələbi yoxdur.” Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00101 saylı barışıq sazişi təsdiq olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00101 saylı barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərti aşağıdakı kimi müəyyən edilsin:
1. “Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs X1 işləmədiyi müddətdə, birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüldü X2 ali təhsilini bitirib hərbi xidmətini başa vuranadək, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ayın 10-cu günü ümumilikdə 700 manat məbləğində aliment ödəməyi və övladlarının təminatı məqsədi ilə aylıq ərzaq təminatını alaraq hər ayın 10-cu günü ərzaqları Ərizəçi təhvil verməyi öz öhdəliyinə götürür.
2. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs işləmədiyi müddətdə ona hər ay ödəyəcəyi alimentin miqdarı və aylıq ərzaq təminatını alması barədə öhdəliyi ilə razıdır.
3. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi işlədiyi təqdirdə ona verilən ərzaq təminatını dayandıraraq sadəcə 700 manat məbləğində aliment ödəməyi, övladı X7 ali təhsilini bitirib hərbi xidmətini başa vurduqdan sonra isə hər ayın 10-cu günü cəmi 500 manat aliment ödəməyi öz öhdəliyinə götürür.
4. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs işlədiyi müddətdə ona ödəyəcəyi alimentin miqdarı və şərtləri ilə razıdır.
5. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi olan 4000 manat məbləğində borcunu 2024-cü ilin aprel ayının 20-dək qaytarmağı öz öhdəliyinə götürür.
6. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs ona olan 4000 manat borcunu qaytarması barədə götürdüyü öhdəlik ilə razıdır.
7. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi və onunla birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yaşamaları üçün Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ona məxsus olan torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evini onlara yaşamaları üçün və həmin evin həyətyanı sahəsində özü üçün inşa etdiyi kiçik otağa istədiyi vaxt daxil olub orada uşaqları ilə ünsiyyət saxlamaq şərti ilə təhvil verir və onların həmin ünvanda yaşamalarına heç bir maneəçilik törətməyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
8. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs o, və birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 birlikdə yaşamaqları üçün onlara təhvil verdiyi evin şərtləri və Maraqlı şəxs üzərinə götürdüyü öhdəlik ilə razıdır.
9. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs heç bir şikayəti və tələbi yoxdur.
10. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi heç bir şikayəti və tələbi yoxdur.” Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Bayramov