Məhkəmə qərarları › İş №2(071)-793/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-793/2022

23.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-793/2022 23.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət edərək, atası X7 xx.xx.1977-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə Maraqlı şəxs kimi göstərmişlər. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, atası X7 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. X1 rayon qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt böyük sarsıntı keçirən ərizəçi və ailə üzvləri atası X5 ölüm haqqında şəhadətnamə almamışlar. Halhazırda ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X7 onun atasıdır. xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. O, atası X4 yas mərasimində iştirak etmişdir. X1 rayon qəbristanlığında dəfn olunmuşdur. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X7 onun atasıdır. xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. O, atası X4 yas mərasimində iştirak etmişdir. X1 rayon qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçiin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/196-70 nömrəli arayışdan müəyyən edilir ki, 1909-cu ildə anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan qəbir daşının fotoşəkillərdən müəyyən edilir ki, X7 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidlərin ifadələrindən, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, Ərizəçi atası X7 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir və Hacıqabul rayonu qəbristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmirlər. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçiə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.1977-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. 21 X4 adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçiə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar