Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-811/2023 02.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında aliment ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli 00996 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları xx.xx.2018-ci ildə Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 nömrəli qeydlə rəsmiləşdirilmişdir. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X4 dünyaya gəlmişlər. Cavabdeh Maraqlı şəxs ilə ailə münasibətləri əsaslı şəkildə kəskinləşmiş və birgə yaşamağları artıq mümkünsüz hal almışdır. Belə ki, cavabdeh uşaqları və ailəsi ilə maraqlanmır və başqa həyat tərzi yaşayır. Maraqlı şəxs ailə başçısı kimi ailəsi ilə maraqlanmadığı üçün faktiki olaraq onunla 2 ildən artıqdır ki, ayrı yaşayırlar və uşaqları onun himayəsində yaşayır. Mediasiya xidmətinə müraciət edtiyi zaman bu barədə cavabdehlə aralarında saziş bağlanılmış və ümumi razılıq əldə olunmuşdur. Lakin hazırda borclu Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2023-cü tarixli MŞS/023/2023/-00996 saylı "Barışıq Sazişi" ilə üzərinə düşən öhdəliyə əməl etməyərək, onunla birgə nikahdan dünyaya gəlmiş uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay bir uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində ödəyəcəyi aliment məbləğini ödəməkdən yayınır. Hazırda həmin sazişin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli 00996 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli 00996 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Maraqlı şəxs Ərizəçi ilə nikahından doğulmuş övladları - xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə göötürmüşdür. İş materialları ilə müəyyən olunur ki, uşaqların saxlanılması üçün hər ay 210 manat ödənilməli olan sabit pul məbləğində aliment Maraqlı şəxs tərəfindən vaxtı-vaxtında ödənilmir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli 00996 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2023-cü il tarixli 00996 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi verilməlidir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(071)-811/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-811/2023
02.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver