Məhkəmə qərarları › İş №2(071)-828/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-828/2025

15.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-828/2025 15.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024- 01426 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə qeyri-rəsmi nikah münasibətinə girib onunla evlənmişdir. Alimentin artırılması üçün 1 saylı X2 müraciət edərək xx.xx.2024-cü ildə mediator Namik Hüseynovun və borclu Maraqlı şəxs iştirakı ilə aralarında xx.xx.2024-ci il tarixli MŞS/MT-023/2024-01426 saylı “Barışıq Sazişi” tərtib edilmişdir. Həmin “Barışıq Sazişi” nə əsasən borclu Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti hər ayın sonu Ərizəçi ödəməyi öz öhdəsinə götürmüşdür. Mediasiya xidmətinə müraciət etdiyi zaman cavabdeh hər ay bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməsi barədə razılaşaraq üzərinə öhdəlik götürmüş, bu barədə cavabdehlə aralarında saziş bağlanılmış və ümumi razılıq əldə olunmuşdur. Lakin hazırda borclu Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2024-cü tarixli MŞS/MT-023/2024-01426 saylı “Barışıq Sazişi” ilə üzərinə düşən öhdəliyə əməl etməyərək, onunla qeyri-rəsmi nikahdan dünyaya gəlmiş xx.xx.2020ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti ödəməkdən qəsdən yayınaraq qəti şəkildə əməl etmir. Hazırda həmin sazişin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ifadəsində bildirmişdir ki, məhkəməyə təqdim etmiş olduğu ərizəni müdafiə edir. Verilmiş suallara əsasən bildirmişdir ki, hazırda borclu Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2024-cü tarixli MŞS/MT-023/2024-01426 saylı “Barışıq Sazişi” ilə üzərinə düşən öhdəliyə əməl etmir. Onunla qeyri-rəsmi nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2024cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti ödəməkdən qəsdən yayınaraq qəti şəkildə əməl etmir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəfdən Ərizəçi ilə ikinci tərəfdən Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-01426 saylı barışıq sazişindən görünür ki, 1. “Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan anadan olmuş və Ərizəçi alimentin artırılması tələbina razılıq verərək, xx.xx.2022-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti hər ayın sonu (poçt vasitəsi ilə) Ərizəçi ödəməyi öz öhdəliyinə götürüb. 2. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi əlavə olaraq heç bir tələbi yoxdur və “Barışıq sazişi”də qeyd edilən şərtlərlə tam razıdır. 3. Tərəflər razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs əlavə olaraq heç bir tələbi yoxdur və “Barışıq sazişi”də qeyd edilən şərtlərlə tam razıdır.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-01426 saylı barışıq sazişi təsdiq olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-01426 saylı barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərti aşağıdakı kimi müəyyən edilsin:

1. “Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan anadan olmuş və Ərizəçi alimentin artırılması tələbina razılıq verərək, xx.xx.2022-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti hər ayın sonu (poçt vasitəsi ilə) Ərizəçi ödəməyi öz öhdəliyinə götürüb.

2. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs Ərizəçi əlavə olaraq heç bir tələbi yoxdur və “Barışıq sazişi”də qeyd edilən şərtlərlə tam razıdır.

3. Tərəflər razılığa gəldilər ki, Ərizəçi Maraqlı şəxs əlavə olaraq heç bir tələbi yoxdur və “Barışıq sazişi”də qeyd edilən şərtlərlə tam razıdır.” Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar