Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-833/2022 10.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh İbad oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İbad oğluna qarşı “xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və məcburi qaydada icra edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh İbad oğluna qarşı “xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və məcburi qaydada icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi, həmçinin ödənilmiş 185 manat dövlət rüsumunun Cavabdeh İbad oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh İbad oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh İbad oğlu İddiaçı MMC-yə olan 31.614 manat borcunu xx.xx.2022-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli barışıq sazişinin 2.1.1-ci bəndinə əsasən Cavabdeh İbad oğlu xx.xx.2022-ci il tarixə kimi 31.614 manat pulu İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə 2.600 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat və xx.xx.2022-ci il tarixdə 3.627 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh İbad oğlu xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən ödəməli olduğu pulu ödəməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh İbad oğlu məhkəmə iclasında iddia tələbini qəbul etldi və izahatında bildirdi ki, İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən o, İddiaçı MMC-yə olan 31.614 manat borcunu xx.xx.2022-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Onun İddiaçı MMC-yə 31.614 manat borcu var. Borcunu ödəməkdən boyun qaçırmır, borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC-nin Cavabdeh İbad oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh İbad oğlu arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh İbad oğlu İddiaçı MMC-yə olan 31.614 manat borcunu xx.xx.2022-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli barışıq sazişinin 2.1.1-ci bəndinə əsasən Cavabdeh İbad oğlu xx.xx.2022-ci il tarixə kimi 31.614 manat pulu İddiaçı MMCyə xx.xx.2022-ci il tarixdə 2.600 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat, xx.xx.2022-ci il tarixdə 3.627 manat və xx.xx.2022-ci il tarixdə 3.627 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh İbad oğlunun xüsusi mülkiyyətindədir. İpoteka saxlayan İddiaçı MMC ilə ipoteka qoyan Cavabdeh İbad oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən Cavabdeh İbad oğlu xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini X1 xx.xx.2020-ci il tarixli 3M-660 nömrəli kredit müqaviləsi 105.000 manat borcunun ödənilməsinin təminatı kimi İddiaçı MMC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklülük xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış və İddiaçı MMCyə çıxarış verilmişdir. İddiaçı MMC Cavabdeh İbad oğlunun xx.xx.2021-ci il tarixli barışıq sazişini könüllü icra etmədiyini əsas gətirərək, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmədə barışıq sazişini imzaladığını və icra edəcəyini bildirdi. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə tələbkarın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh İbad oğlu arasında mediasiya şurasında 31.614 manat borcun ödənilməsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı MMC ilə Cavabdeh İbad oğlu arasında mediasiya şurasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh İbad oğlundan 31.614 manat borc və ödənilmiş 185 manat dövlət rüsumu olmaqla, cəmi 31.799 (otuz bir min yeddi yüz doxsan doqquz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-833/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-833/2022
10.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver