Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-856/2024 07.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli MŞS/MT013/2023/-01604 saylı Barışıq Sazişinin uşaqla ünsiyyətin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə ünsiyyətlə bağlı 13 saylı Mediasıya Təşkilatına müraciət etmişdir. xx.xx.2013-cü il tarixində baş tutan mediasiya iclasında iştirak edərək ünsiyyətlə bağlı Maraqlı şəxs ilə ünsiyyətlə bağlı aralarında razılığa gələrək aşağıdakı şərtlərlə Barışıq Sazişini təsdiq etmişlər. Ərizəçi övladları xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə həftədə 2 dəfə olmaqla ( cümə və şənbə ) ünsiyyətdə olsun. Ərizəçi övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan saat 17:00-21:00 arası ( uşağın təhsil, tərbiyyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla ) ünsiyyət olsun. Lakin ikinci tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Hər dəfə bir bəhanə ilə Barışıq Sazişi icra etməkdən yayınır. Hətta azyaşlı uşaqlarının Türkiyəyə 4 illik təhsil almaq adı ilə çıxarmaqla da bağlı məhkəmədə iddia qaldırmışdır. Ona görə də Barışıq Sazişinin təsdiqi və icraya yönləndirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında uşaqla ünsiyyətə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 atası Ərizəçi, anası isə Maraqlı şəxsdır. İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, Ərizəçi övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olacaq və Ərizəçi 2-ci tərəf Maraqlı şəxs razılığı ilə övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. Maraqları nəzərə alınmaqla) ünsiyyətdə olacaq. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Ərizəçi övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olacaq və Ərizəçi 2-ci tərəf Maraqlı şəxs razılığı ilə övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. Maraqları nəzərə alınmaqla) ünsiyyətdə olmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında “barışıq sazişinin uşaqla ünsiyyətin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT013/2023/-01604 saylı Barışıq Sazişinin uşaqla ünsiyyəti təsdiq edilsin. Barışıq sazişinə əsasən Ərizəçi övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olsun. Ərizəçi 2-ci tərəf Maraqlı şəxs razılığı ilə övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-856/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-856/2024
07.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver