Məhkəmə qərarları › İş №2(071)-867/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-867/2022

25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-867/2022 25.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət edərək, anası - xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul şəhəri Nizami küçəsi ev 28-də yaşayır. Onun anası X7 xx.xx.1951-ci ildə Qazı-Məmməd şəhərində doğulmuşdur və xx.xx.2019-cu il tarixdə yaşadığı Hacıqabul şəhəri Nizami küçəsi ev 28-də vəfat etmişdir. Təcili tibbi yardıma zəng edərək çağırmışlar. Həkim gələrək anasının ölümünə dair xx.xx.2019cu il tarixli xəbərdarlıq vərəqəsi vermiş və kəskin ağciyər çatışmazlığından öldüyü bildirilmişdir. X4 Hacıqabul qəbristanlığında dəfn etmiş və qəbir daşı düzəldirmişlər. Həmin vaxt böyük sarsıntı keçirdiyinə görə anası X5 ölüm haqqında şəhadətnamə almamışdır. Hal-hazırda ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, ona müddəti buraxdığına görə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X7 onun xalası qızıdır. X3 ürəyi xəstə idi. xx.xx.2019-cu il tarixdə yaşadığı Hacıqabul şəhəri Nizami küçəsi ev 28-də vəfat etmişdir. X1 qəbristanlığında dəfn olunub. O, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 27 nömrəli məktubu ilə ölüm haqqında tibbi şəhadətnamə olmadığından Ərizəçi anası X3 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ Təcili və X9 Şöbəsinin verdiyi xx.xx.2019-cu il tarixli 4035 nömrəli “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.1951-ci il təvəllüdlü X7 “kəskin ağ ciyər-ürək çatışmazlığı” səbəbindən xx.xx.2019-cu il tarixdə saat 00:15-də yaşadığı Hacıqabul şəhəri S.Vurğun küçəsi 24 nömrəli evdə ölmüşdür. Hacıqabul rayon İƏD üzrə nümayəndəliyinin müavini Əfqan İmanov, qonşu Abdullayeva Tahirə və Ərizəçi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixl aktdan müəyən edilir ki, xx.xx.1951-ci il təvəllüdlü X1 şəhəri Nizami küçəsi ev 28-də yaşamış və xx.xx.2019-cu il tarixdə yaşadığı evdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidin ifadəsindən və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1951-ci il təvəllüdlü X7 Ərizəçi doğma anasıdır. X7 “kəskin ağ ciyər-ürək çatışmazlığı” səbəbindən xx.xx.2019-cu il tarixdə saat 00:15-də yaşadığı Hacıqabul şəhəri S.Vurğun küçəsi 24 nömrəli evdə ölmüşdür və Hacıqabul şəhər qəbristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş X3 xx.xx.2019-cu il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. xx.xx.1951-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar