Məhkəmə qərarları › İş №2(071)-89/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-89/2024

15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-89/2024 15.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X2 1986-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum nənəsi 1894-cü il təvəllüdlü X4 1986-cı ildə vəfat etmişdir. Mərhum nənəsi X4 vəfat etdikdən ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Hal-hazırda mərhum baba və nənəsindən miras qalmış evi öz adına rəsmiləşdirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri X15nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edib və mərhum nənəsi X2 ölüm haqqında şəhadətnaməsi lazım olduğu üçün lazım olan sənədləşməni aparmağın mümkün olmadığını bildirdilər. Onunla bağlı lazımı olan qurumlara yazılı olaraq müraciət edib və onun müraciətinə cavab olaraq bildirilib ki, məhkəməyə müraciət etməlidir. X1 haqqında “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə, Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi phş-na, Hacıqabul rayon Notariat ofisinə və Maraqlı şəxsnə yazılı müraciətlər etmiş və həmin müraciətlərin cavablarını iş materiallarına sübut kimi əlavə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi tanıyır və onunla qohumluq əlaqələri var. Onun nənəsi Çərkəz 1986-cı il tarixdə Hacıqabul rayonunda vəfat etmişdir. Həmin qadın vəfat edərkən doxsandan artıq yaşı var idi. O, Hacıqabul şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi əmisi oğlu Çingizlə dost münasibətləri olmuşdur. Həm də onun bütün ailəsini yaxından tanımışdır. Onların nənəsi Çərkəzin yaşı çox olardı və 1986-cı ildə Hacıqabul şəhərində vəfat etmişdir. Onun yas mərasimində və dəfnində də iştirak etmişdir. Mərhum Hacıqabul şəhərində el qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 919 saylı arayışından görünür ki, Cəfərova X7 şəhəri, M.Gəncəvi küçəsi, 14 saylı ünvanda yaşayır. İş materiallarında olan xx.xx.1972-ci il tarixli, ХХVİİ-ЛC 699081 nömrəli pasportun surətindən görünür ki, X4 1894-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Hacıqabul rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli. 273 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış 1894cü il təvəllüdlü X2 ölümü haqqında Hacıqabul rayon Mərkəzi Xəstəxanasında heç bir sənəd aşkar olunmamışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış 1894-cü il təvəllüdlü X2 ölümü ilə əlaqədar şöbədə hər hansı bir müayinə aparılmamışdır. İş materiallarında olan qəbirdaşının foto şəklindən görünür ki, 1894-cü il tarixdə doğulmuş X4 1986-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-xx-xx- 2023 saylı, xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, XX.XX.1986-ci ildə vəfat etdiyini bildirdiyiniz nənəniz X2 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. Lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” sənədi X6 və X3 verilmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1894-ci il tarixdə doğulmuş X2 1986-cı il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 1894-ci il təvəllüdlü X4 ərizəçinin nənəsidir. X4 1986-cı il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin birbiri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkil və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum nənəsinin adına olan daşınmaz əmlak üzrə vərəsəliyə dair sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 1894-ci il təvəllüdlü X2 1986cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1894-cü il təvəllüdlü X2 1986-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar