Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-924/2024 16.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2021-ci ildə Hacıqabul rayonu Qarasu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2021-ci ildə Hacıqabul ravonunda ölmüşdür. Lakin üzərindən uzun illər keçməsinə baxmayaraq, atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmiş və onun ölüm faktı təsdiqlənməmiş qalmışdır. Ölüm haqqında şəhadətnamənin alınması üçün Hacıqabul Rayon Qeydiyvat Şöbəsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmiş və xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Şirvan Şəhər Qeydiyyat Şöbəsində aparılmış araşdırma zamanı "Vətəndaş!ıq vəziyyəti aktlarının" avtomatlaşdırılmış qeydiyyat sistemi yoxlanılmış və xx.xx.2021-ci ildə X3 ölüm haqqında şəhadətnaməsi aşkarlanmamışdır. Buna əsasən Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının" 8.5-ci bəndinə əsasən ölüm haqqımla tibbi şəhadətnamə olmadıqda ölüm məhkəmə qaydasında müəyyən edilir. xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2021-ci ildə Hacıqabul rayonunda ölmüş və Hacıqabul rayonu Qarasu kənd qəbiristanlığında dəfn edilmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini heç cür əldə edə bilmir. Ona görə ki, mərhum atasının ölüm faktı heç bir yerdə rəsmi olaraq qeydə alınmamışdır. Ölüm fakıtının qeydə alınmamasının nəticəsidir ki, ölüm haqqında şəhadətnaməni ala bilmir. Bütün rəsmiləşdirmə vərəsəlik işlərində atasının ölüm faktı qeydə alınmaması səbəbindən çətinliklər yaşayır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi atası X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, Ərizəçi onun qardaşı qızıdır. X13 uzunmüddətli xəstəlik nəticəsində xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum X1 rayonu, Qarasu kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında Ərizəçi onun atasının əmisi nəvəsidir. Günayın X14 uzunmüddətli xəstəlik nəticəsində xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Günay Babyaeva onun bacısıdır. X14 uzunmüddətli xəstəlik nəticəsində xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AA № 1881250, AZE № 15258680 və AZE № 17358396 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: xx.xx.1969-cu il təvəllüdlü X6, xx.xx.1979-cu il təvəllüdlü X8 və xx.xx.1993-cü il təvəllüdlü X7 iştirak etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-27- 2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X5 ərizəçinin atasıdır. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasının adına olan daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2021-ci ildə Hacıqabul rayonu Qarasu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-924/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-924/2024
16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver