Məhkəmə qərarları › İş №2(071)-930/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-930/2022

12.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-930/2022 12.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət edərək, nənəsi - xx.xx.1904-cü il təvəllüdlü X9 xx.xx.1987-ci ildə Hacıqabul şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə Maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, ünvan 1 ünvanda yaşayır. Yaşadığı ev mərhum nənəsi X10 məxsus olmuşdur. X14 onun anası Mənsurə Piriyevanın anasıdır. X14 xx.xx.1984-cü ildə Əlibayramlı şəhər notarial kontorunda Hacıqabul şəhəri Ə.Vahid küçəsi 63 nömrəli evini ona vəsiyyət etmişdir. Nənəsi xx.xx.1904-cü il təvəllüdlü X14 xx.xx.1987-ci ildə 83 yaşında vəfat etmiş və Hacıqabul şəhər qəbristanlığında dəfn edilmişdir. O, nənəsi X10 ölümü haqqında şəhadətnamə almamışlar. Hazırda evi öz adına sənədləşdirmək istəyir. Bu səbəbdən nənəsinin ölüm haqqında şəhadətnaməsi tələb olunur. O, Maraqlı şəxsnə müraciət edərək, bu barədə çıxarış verilməsini xahiş etmişdir. Maraqlı şəxs 19 iyun 2022-ci il tarixli 05/210-70 nömrəli arayışında 1987-ci ildə ölmüş X9 ölümü haqqında məlumat müəyyən edilməmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun iş yoldaşıdır. 40 ildir ET-3-də birlikdə işləyirlər. Ərizəçi nənəsi X14 xx.xx.1987-ci ildə 83 yaşında vəfat etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. X2 şəhər el qəbristanığında dəfn edilmişdir. X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi bacısı Qətibə onun həyat yoldaşıdır. Cəmaləddinin atası Abduləhəd onun anasının dayısıdır. X1 ana nənəsidir. X14 dərzi işləmişdir və xx.xx.1987-ci ildə 83 yaşında vəfat etmişdir. Yas mərasimini Cəmaləddin vermişdir. O, X9 dəfn və yas mərasimində iştirak etmişdir. X2 şəhər el qəbristanığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.1987-ci ildə 83 yaşında vəfat etmiş X9 ölüm ölüm haqqında məlumatını müəyyən etmək məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Qazı-Məmməd şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1982 nömrəli qərarından müəyyən edilir ki, Qazı-Məmməd şəhəri Lenin küçəsində yerləşən 63 nömrəli ev (indiki Hacıqabul şəhər Ə.Vahid küçəsi ev 63) uzun müddət orada yaşadığına görə X9 adına sənədləşdirilmişdir. Hacıqabul Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 201 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi ana nənəsi X14 xx.xx.1987-ci ildə 83 yaşında vəfat etmiş və Hacıqabul şəhər el qəbristanığında dəfn edilmişdir. X9 verdiyi xx.xx.1984-cü il tarixli vəsiyyətnamədən müəyyən edilir ki, X4-Məmməd şəhəri Lenin küçəsində yerləşən 63 nömrəli evi (indiki ünvan 1) qız nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Qəbr daşının fotoşəkilindən müəyyən edilir ki, X2 şəhər el qəbristanığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidlərin ifadələrindən, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, X14 Ərizəçi ana nənəsidir. xx.xx.1904-cü il təvəllüdlü X14 xx.xx.1959-cu ildə qocalığı görə pensiyaya çıxmışdır. X14 dərzi işləmişdir, xx.xx.1987-ci ildə 83 yaşında vəfat etmiş və Hacıqabul şəhər el qəbristanığında dəfn edilmişdir. Ərizəçi nənəsi X11 dəfn etmiş və yas mərasimlərini vermişdir. Həmin vaxtdan X6 miras qalmış Hacıqabul şəhəri Ə.Vahid küçəsi 63 nömrəli evdə yaşamaqla, mirası qəbul etmişdir. X3fın ölüm haqqında şəhadətnaməsi olmadığına görə Ərizəçi mirası öz adına sənədləşdirə bilməmişdir. Ərizəçi nənəsinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1904-cü il təvəllüdlü X18 (Mühitdin) qızının xx.xx.1987-ci ildə Hacıqabul şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X18 (Mühitdin) qızının adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar