Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-938/2023 07.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Borclu iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Borclu Elmədin oğlu) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Borclu Elmədin oğlu) “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi icraat qaydasında verdiyi ərizənin geri qaytarılması və ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizənin geri qaytarılması barədə ərizə verdiyindən, maraqlı şəxs isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi (maraqlı şəxs Borclu Elmədin oğlu) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(071)-938/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-938/2023
07.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver