Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-99/2024 15.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X23 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.2006-cl il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə xx.xx.1987-ci ildə rəsmi nikah münasibətlərinə girərək evlənmişlər. Həmin nikahdan 1988-ci il təvəllüdlü Aytən, 1990-cı il təvəllüdlü Rəvanə, 1993-cü il təvəllüdlü Röyya, 1995-ci il təvəllüdlü Asudə və 2001-ci il təvəllüdlü Aydın adlı uşaqları olmuşdur. xx.xx.2006-cı il tarixdə Hacıqabul rayonunun Talış kəndində yerləşən fərdi yaşayış evində xx.xx.1988-ci il təvəllüdlü X12 ürək çatışmazlığından ölmüş və onu Hacıqabul şəhər qəbrstanlığında dəfn etmişlər. Həmin vaxtdan bu günə kimi savadı və ilkin övladının itkisi onu və ailəsini mənəvi tərəfdən sarsıtdığı üçün, ona ölüm haqqında şəhadətnamə almamışlar. O və ailə üzvləri Hacıqabul rayonunun Talış kəndində yaşadığı üçün Hacıqabul rayon, Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixdə, 03 nömrəli qərarı ilə Hacıqabul rayonunun Talış kəndindən kənd təsərrüfat məhsullarının istehsalı üçün 1.81 ha torpaq sahəsini ona və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda onların şəxsi istifadəsində olsa da, onun üzərində sərəncam (sata, bağışlaya və sair hərəkətlərə yol) verə bilmirlər ona görə ki, xx.xx.1988-ci il təvəllüdlü X12 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və ona ölüm haqqında şəhadətnamə almamışlar. Ona görədə o, ərizə ilə Maraqlı şəxsnə müraciət edib, xx.xx.1988-ci ildə Sabirabad rayonu, Talış kəndində anadan olmuş X5 xx.xx.2006-cı il tarixdə Hacıqabul rayonunun Talış kəndində ürək çatışmazlığından ölməsi barədə müvafiq şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/8-19-2023 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, xx.xx.1988-ci ildə Hacıqabul rayonunun Talış kəndində doğulduğu və 2006-cı ildə vəfat etdiyini bildirdiyiniz qızınız X5 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Maraqlı şəxs, habelə Vətəndaşlıq vəziyyət aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş foto şəkillər və arayışdan görünür ki, mərhum qızı xx.xx.1988-ci ildə Sabirabad rayonu, Talış kəndində anadan olmuş X12 ölmüş və Hacıqabul şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, X12 onun qızı olmuşdur. Mərhum qızının anadangəlmə ürəyində xəstəliyi olmuşdur. Onu dəfələrlə müalicə etdirmişlər, lakin ürəyində olan qüsur düzəlməmişdir və qızı xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, X14 onun bacısıdır. X12 uzun müddət ürək xəstəliyindən əziyyət çəkmiş, xəstəliyi səbəbindən xx.xx.2006-cı il tarixdə yatdığı yerdə vəfat etmişdir. İş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə, Sabirabad rayonunda doğulmuş Ərizəçi, Hacıqabul rayon Talış kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İV 377136 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında xx.xx.1987-ci il tarixdə Qazı-Məmməd şəhəri XDS- İcrayyə Komtəsində nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 135 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Rəhimov”, arvada “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1988-ci il tarixli, Xİİİ-ЖГ- 295823 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Şəhadətnamənin ata adı qrafasında Ərizəçi Ana adı qrafasında X7 göstərilmişdir. İş materiallarında olan Şirvan şəhər Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 ölüm haqqında tibbi şəhadətnaməsi ilə bağlı heç bir məlumat yoxdur. İş materiallarında olan Hacıqabul rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 51 nömrəli arayışdan görünür ki, X12 xx.xx.2006-cı il tarixdə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Mərhumə Hacıqabul şəhər qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirdaşının foto şəklindən görünür ki, xx.xx.1988-ci il tarixdə doğulmuş X12 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 8-19-2023 saylı, xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, xx.xx.1988-ci il tarixdə Hacıqabul rayon Talış kəndində anadan olmuş X5 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan JN 0077 KOD 91002038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Hacıqabul rayon Aqrar İslahat komissiyasının 25 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə Ərizəçi və onun ailə üzvləri -X3, X9, X8, X10 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,81 ha torpaq sahəsi verilmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1988-ci il tarixdə doğulmuş X5 xx.xx.2006-cı il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1988-ci il təvəllüdlü X12 ərizəçinin qızıdır. X12 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm hadisəsi baş versə də ərizəçi mərhumun ölümünü təsdiq edən tibbi şəhadətnaməni vaxtında almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X5 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum qızının adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu, Talış kəndində doğulmuş X5 xx.xx.2006-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X25
Məhkəmə qərarları › İş №2(071)-99/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-99/2024
15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver