Məhkəmə qərarları › İş №2(072)-149/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-149/2024

15.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-149/2024 15.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Maraqlı şəxs onun keçmiş əridir. Onların rəsmi nikahından 10 iyul 2015-ci ildə “Həsən” və 14 oktyabr 2017-ci ildə “Ali” adlı 2 (iki) uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə onların rəsmi nikahına xitam verilmişdir. Mediasiya prosesi nəticəsində rəsmi nikahlarından anadan olmuş 10 iyul 2015-ci il təvəllüdlü X1 və 14 oktyabr 2017-ci il təvəllüdlü X2 özünün yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün 30 iyul 2023-cü il tarixdən etibarən hər ay (hər ayın 30-dan gec olmayaraq) (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 300 (üç yüz) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə MŞC/MT020/2023-00814 saylı, 06 iyul 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu günədək barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bu səbəbdən də, o, “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, Maraqlı şəxs ilə rəsmi nikahından anadan olmuş 10 iyul 2015-ci il təvəllüdlü X1 və 14 oktyabr 2017-ci il təvəllüdlü X2 özünün yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 300 (üç yüz) AZN sabit pul məbləğində alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2023-00814 saylı, 06 iyul 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ərizə tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZE ******** №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1992-ci ildə Cəbrayıl rayonu, Karxulu kəndində anadan olmuş və Cəbrayıl rayonu, Alıkeyxalı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxx 1991-ci ildə Cəbrayıl rayonu, Karxulu kəndində anadan olmuş və Cəbrayıl rayonu, Karxulu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 568744 №-li, 05 avqust 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikahından 10 iyul 2015-ci ildə “X3” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 001821 №-li, 01 noyabr 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikahından 14 oktyabr 2017-ci ildə “X4” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-378/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, MŞC/MT020/2023-00814 saylı 06 iyul 2023-cü il tarixli “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından 10 iyul 2015ci ildə anadan olmuş X1 və 14 oktyabr 2017-ci ildə anadan olmuş X2 iddiaçı (ana) Ərizəçi yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 300 (üç yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı (ana) Ərizəçi xeyrinə ödənilməsinin nəzərə alınması qət edilmişdir. İş materiallarında olan MŞC/MT020/2023-00814 saylı 06 iyul 2023-cü il tarixli “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi”ndən görünür ki, mediasiya prosesi nəticəsində tərəflərin rəsmi nikahından 10 iyul 2015-ci ildə anadan olmuş X3 və 14 oktyabr 2017-ci ildə anadan olmuş X4 (ana) Ərizəçi yanında qalmalı, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (hər ayın 30-dan gec olmayaraq) (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 300 (üç yüz) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməli və uşaqla ünsiyyət hüququ təmin edilməlidir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs ilə Ərizəçi ər-arvad olmuşlar, onların rəsmi nikahından 10 iyul 2015-ci ildə “Həsən”, 14 oktyabr 2017-ci ildə “Ali” adlı 2 (iki) uşağı anadan olmuş və uşaqlar ərizəçi (ana) Ərizəçi himayəsindədirlər. Bundan başqa, “Mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2023-00814 saylı, 06 iyul 2023-cü il tarixli barışıq sazişi”nə əsasən mediasiya prosesi nəticəsində tərəflərin rəsmi nikahından anadan olmuş 10 iyul 2015-ci il təvəllüdlü X3 və 14 oktyabr 2017-ci il təvəllüdlü X4 (ana) Ərizəçi yanında qalmalı, onların yetkinlik yaşına çatanadək saxlanması üçün 30 iyul 2023-cü il tarixdən etibarən hər ay (hər ayın 30-dan gec olmayaraq) (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 300 (üç yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməli və uşaqla ünsiyyət hüququ təmin edilməlidir. Bundan başqa, Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1ci maddəsinə əsasən barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmamışdır. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişinin imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmaması məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən tərəflər – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlər baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2023-00814 saylı, 06 iyul 2023-cü il tarixli barışıq sazişi imzalandığı gündən 10 gün müddətində Maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunmadığı üçün Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında “...tərəflərin rəsmi nikahından anadan olmuş 10 iyul 2015-ci il təvəllüdlü X1 və 14 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 iyul 2023-cü il tarixdən etibarən hər ay (hər ayın 30-dan gec olmayaraq) (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 150 (yüz əlli) AZN sabit pul məbləğində, ümumilikdə 300 (üç yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsinə...dair” mediasiya prosesi nəticəsində bağlanılmış MŞC/MT020/2023-00814 saylı, 06 iyul 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar