Məhkəmə qərarları › İş №2(072)-361/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-361/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-361/2025 11.06.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. X3 onun atasıdır. X4 XX.XX.1930cu ildə Cəbrayıl rayonu, Şıxlar kəndində anadan olmuş və 28 mart 1992-ci ildə keçmiş Hadrut rayonu, Dolanlar kəndində yerləşən polis postunda növbə çəkən polis əməkdaşlarına “KAMAZ” markalı nəqliyyat vasitəsilə qida aparan zaman mənfur ermənilər tərəfindən basdırılan minanın partlaması nəticəsində şəhid olmuşdur. X12 da 31 yanvar 2017-ci ildə ölmüşdür. Mərhum atası Məhəmməd kişi Cəbrayıl rayonu, Şıxlar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. X2 adına Cəbrayıl Rayon X25 tərəfindən 05 may 1992-ci il tarixdə İV-ЖГ 257107 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Hətta ölüm şəhadətnamə əsasında mərhum X12 vəfat edən günə qədər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş şəhid ailələri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmişdir. Lakin Cəbrayıl Rayon X25 tərəfindən verilmiş 05 may 1992ci il tarixli İV-ЖГ 257107 saylı ölüm haqqında şəhadətnamənin əsli naməlum şəraitdə itmiş və hazırda ölüm haqqında şəhadətnamənin surəti qalmışdır. O, mərhum X2 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımı sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona X5 ölüm aktı qeydi ilə bağlı məlumatlar vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatında aşkar olunmadığına görə ölüm aktı qeydinin bərpası mümkün olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum X2 ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi Dövlətin şəhid ailələri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlarından istifadə etmək, eləcə də vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, ölümün qeyd edilmə faktının müəyyən edilərək, ölüm haqqında akt qeydləri kitabında “vətəndaşın adı, soyadı və ata adı” qrafasında X15, “ölüm tarixi” qrafasında 28 mart 1992-ci il, “şəxsin ölüm yaşı” qrafasında 62 yaş, “öülm səbəbi” qrafasında ağır dərəcəli kəllə-beyin travması, “ölüm yeri” qrafasında Cəbrayıl rayonu, Şıxlar kəndi yazılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8- 50/2025 saylı, 10 iyun 2025-ci il tarixli məktub ilə məhkəməyə müraciət edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə ünvan 2 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 15 fevral 2025-ci il tarixli arayışından görünür ki, X9 ilə X19 arasında 01 oktyabr 1963-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 22 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-V 087079 №-li, 04 fevral 2025-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X13 rəsmi nikahından xx xxxxxx 1959-cu ildə “Ərizəçi” adında uşaqları anadan olmuşdur, yəni “X1 Ələkbər Məhəmməd oğlunun atası”dır. İş materiallarında olan İV-ЖГ 257107 №-li, 05 may 1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 mart 1992-ci ildə ölmüş və bu barədə Cəbrayıl Rayon X25nin akt qeydləri kitabında 04 may 1992-ci il tarixdə 02 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 15 fevral 2025-ci il tarixli arayışından görünür ki, X19 31 yanvar 2017-ci ildə ölmüş və bu barədə akt qeydləri kitabında 07 fevral 2017-ci il tarixdə 33 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 20 saylı, 05 aprel 1992-ci il tarixli arayışın surətindən görünür ki, X8 28 mart 1992-ci ildə keçmiş Hadrut rayonu, Dolanlar kəndində yerləşən polis postunda növbə çəkən polis əməktaşlarına “KAMAZ” markalı nəqliyyat vasitəsilə yemək aparan zaman ermənilər tərəfindən basdırılan minanın partlaması nəticəsində həlak olmuşdur. İş materiallarında olan Cəbrayıl Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 009506 №-li 19 fevral 2008-ci il tarixli vəsiqənin surətindən görünür ki, X19 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş (şəhid ailələri üçün nəzərdə tutulmuş) güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Cəbrayıl Rayon Dövlət Arxivinin 3-48-11RH/2-28-33 saylı 10 aprel 2025-ci il tarixli arayışından görünür ki, 23 avqust 1993-cü ildə Cəbrayıl rayonu işğal olunan zaman Maraqlı şəxs və Cəbrayıl Rayon Rayon İcra Hakimiyyəti Başçısının Sirik Kənd Ərazi Nümayəndəliyinin arxiv sənədləri işğal zonasında qaldığı üçün vətəndaş X5 ölüm akt qeydi və buna dair məlumatlar Cəbrayıl Rayon Dövlət Arxivində mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3/16- 5/8-12/0029/2025 saylı, 12 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs və Cəbrayıl Rayon Rayon İcra Hakimiyyəti Başçısının Sirik Kənd Ərazi Nümayəndəliyinin 1989-1995-ci illər üzrə ölüm akt qeydləri yoxlanılmış və vətəndaş X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bundan başqa, vətəndaş X5 ölüm haqqında akt qeydləri vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Onlar ailədə 10 (on) uşaq-8 (səkkiz) bacı və 2 (iki) qardaş olmuşlar. X3 onun atası və mərhum X19 onun anasıdır. X4 XX.XX.1930-cu ildə Cəbrayıl rayonu, Şıxlar kəndində anadan olmuş və 28 mart 1992-ci ildə keçmiş Hadrut rayonu, Dolanlar kəndində yerləşən polis postunda növbə çəkən polis əməkdaşlarına “KAMAZ” markalı nəqliyyat vasitəsilə qida aparan zaman mənfur ermənilər tərəfindən basdırılan minanın partlaması nəticəsində şəhid olmuşdur. X12 da 31 yanvar 2017-ci ildə ölmüşdür. Mərhum atası Məhəmməd kişi Cəbrayıl rayonu, Şıxlar kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. X2 adına Cəbrayıl Rayon İcra Hakimiyyəti X25 tərəfindən 05 may 1992-ci il tarixdə İV-ЖГ 257107 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin Cəbrayıl Rayon X25 tərəfindən verilmiş həmin ölüm haqqında şəhadətnamənin əsli naməlum şəraitdə itmiş və hazırda ölüm haqqında şəhadətnamənin surəti qalmışdır. Qardaşı Ələkbər mərhum ataları X5 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımı sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs tərəfindən ona ataları X5 ölüm haqqında şəhadətnaməsi ilə bağlı vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatında müvafiq qeydlər saxlanmadığına görə ölüm aktı qeydinin bərpası mümkün olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum ataları X5 ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edilməsinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 şahid X11 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X9 ilə X19 arasında 01 oktyabr 1963-cü il tarixdə rəsmi nikah bağlanmış və onların rəsmi nikahından xx xxxxxx 1959-cu ildə “Ərizəçi” adında uşaqları anadan olmuşdur, yəni “X1 Ələkbər Məhəmməd oğlunun atası”dır. Bundan başqa, X8 28 mart 1992-ci ildə ölmüş və bu barədə Cəbrayıl Rayon X25nin akt qeydləri kitabında 04 may 1992-ci il tarixdə 02 № ilə qeyd edilmişdir. Bundan başqa, vətəndaş X5 ölüm aktı qeydi və buna dair məlumatlar Cəbrayıl Rayon Dövlət Arxivində, eləcə də vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatında aşkar edilməmişdir. Bundan başqa, ərizəçi X14 ölümün qeyd edilmə faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, vətəndaş X5 28 mart 1992-ci ildə ölməsi, bu barədə Cəbrayıl Rayon X25nin akt qeydləri kitabında 04 may 1992ci il tarixdə 02 № ilə qeyd edilməsi, onun ölüm aktı qeydinin və buna dair məlumatların Cəbrayıl Rayon Dövlət Arxivində, eləcə də vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatında aşkar edilməməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, ölümün qeyd edilmə faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, vətəndaş X5 28 mart 1992-ci ildə, 62 yaşında, ağır dərəcəli kəllə-beyin travması nəticəsində Cəbrayıl rayonu, Şıxlar kəndində ölməsi faktı, yəni ölümün qeyd edilmə faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, vətəndaş X5 “28 mart 1992-ci ildə, 62 yaşında, ağır dərəcəli kəllə-beyin travması nəticəsində Cəbrayıl rayonu, Şıxlar kəndində” ölməsi faktı, yəni ölümün qeyd edilmə faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ölüm haqqında akt qeydləri kitabında “vətəndaşın adı, soyadı və ata adı” qrafasında X8, “ölüm tarixi” qrafasında 28 mart 1992-ci il, “şəxsin ölüm yaşı” qrafasında 62 yaş, “ölümün səbəbi” qrafasında ağır dərəcəli kəllə beyin travması, “ölüm yeri” qrafasında Cəbrayıl rayonu, Şıxlar kəndi yazılmaqla, ölümün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə X7 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar